Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-1019/2025 04.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əliyev Taleh Ramiz oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Füzuli rayonu, Füzuli şəhəri, Ə.Qarayev küçəsi, ev 3, mənzil 3-də qeydiyyatda olmaqla, Füzuli rayonu, Füzuli şəhəri, ev 26, mənzil 556-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Füzuli Rayon Notariat ofisinin 20 iyun 2024-cü il tarixli, 8İ- 2127 saylı icra qeydinə əsasən 5025 manat pul borcunun tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi ilə bağlı icra məmurunun tələbini üzrlü səbəb olmadan ödəməmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə protokol tərtib edilərək Məhkəməyə göndərilmişdir. Füzuli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə bildirdi ki, Füzuli Rayon Notariat ofisinin 20 iyun 2024-cü il tarixli, 8İ-2127 saylı icra qeydinə əsasən borclu Şəxs cəmi 5025 manat məbləğində borc alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi üzrə tələbin yerinə yetirilməsi barədə borclu Şəxs rəsmi xəbərdarlıqlar və Elektron icra İnformasiya sistemi ilə çağırış barədə SMS göndərilməsinə baxmayaraq, o, qanuni tələbləri yerinə yetirməyərək icra sənədi üzrə olan tələbi tam yerinə yetirməmiş, cəmi 1200 manat pulu tələbkarın xeyrinə ödəmişdir. Bu səbəbdən də, icra sənədi üzrə olan borcu tam ödətdirmək mümkün olmamış, icra sənədi icrasız qalmışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Hal-hazırda borclunun cəmi 3825 manat borcu qalmışdır. Şəxs barəsində xx.xx.2025-ci il tarixdə axtarış elan edilmiş və xx.xx.2025ci il tarixdə saxlanılaraq Füzuli rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, əvvəllər borcunu hər ay 200 manat olmaqla ödəmiş, lakin sonradan Füzuli şəhərinə köçmüş, orada iş olmadığından işləyə bilməmiş, borcunu ödəməyə maddi imkanı olmamış və belində olan bel yırtığından (qrijadan) əziyyət çəkdiyindən bir müddət yataq xəstəsi olmuş və işləyə bilmədiyindən borcunu ödəyə bilməmişdir. İşsizlik səbəbindən Sumqayıt şəhərinə qayıtmış, orada tikinti şirkətində fəhlə kimi işə düzəlmişdir. Hazırda borcundan 200 manat ödəmiş və borcunu hissə-hissə ödəyəcəkdir. Azyaşlı övladlarının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Füzuli Rayon Notariat ofisinin 20 iyun 2024-cü il tarixli, 8İ-2127 saylı icra qeydinə əsasən borclu Şəxs cəmi 5025 manat məbləğində borc alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan Füzuli rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs barəsində xx.xx.2025-ci il tarixdən axtarış elan edilmişdir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq proses iştirakçılarının izahatlarını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Şəxs himayəsində 2 nəfər azyaşlı uşaqlarının olması məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. İnzibati xəta haqqında işə baxılarkən onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Füzuli Rayon Notariat ofisinin 20 iyun 2024-cü il tarixli, 8İ-2127 saylı icra qeydinə əsasən borclu Şəxs cəmi 5025 manat məbləğində borc tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir, lakin borclu icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona cərimə cəzası tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №3(064)-1019/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-1019/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver