Məhkəmə qərarları › İş №3(064)-1036/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-1036/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-1036/2025 22.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə X1 Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsi ilə inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə baxaraq müəyyən etdi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. R.Səfərov şikayətində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində xx.xx.2025-ci il tarixli, İXP7384349 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir. Avqust ayının 22-si maşın duracağa aparılaraq, avqust ayının 28-i ona 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Şikayət vermiş şəxsə və qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X2 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından təmin edilməməli, qərar dəyişdirilmədən saxlanmalıdır. İş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 10:00-da “Toyota Prius (Hibrid)” minik markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə AR İXM-in 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 AR İXM-in 332.3-cü maddəsi ilə 400 manat inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, X2 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 10:00-da “Toyota Prius (Hibrid)” minik markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə AR İXM-in 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsi əsasında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə onun barəsində AR İXM-in 332.3-cü maddəsi ilə 400 manat inzibati cərimə tətbiq edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 xx.xx.2025-ci il tarixdə, yəni inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürməklə şikayət vermişdir. Belə olan halda şikayətçinin şikayəti qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürməklə verildiyindən təmin edilməməli, qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Bununla yanaşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Şikayətdən görünür ki, X2 Bakı şəhər X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayəti üç ay sonra vermiş, verdiyi şikayətə isə müddətin bərpası üçün vəsatət əlavə etməmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 53, 130 və 135-ci maddələrini rəhbər tutaraq qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şikayəti təmin olunmasın. X1 400 manat inzibati cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmədən (və ya dəyişdirilmədən) qüvvəsində saxlanılsın Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar