Məhkəmə qərarları › İş №3(064)-1038/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-1038/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-1038/2025 17.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan– Füzuli Rayon YPX-nin inspektoru, polis baş serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.2000-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Zobucuq-2 qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* inzibati xəta haqqında qərar və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:30-da “VAZ 21061 minik” markalı **-SH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili bir il ərzində təkrarən sərxoş halında idarə etdiyinə görə sonuncunun barəsində Füzuli Rayon YPX-nin inspektoru, polis baş serjantı X2 tərəfindən İXM-nin 333.2-ci maddəsi ilə İXP 766615 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan– Füzuli Rayon YPX-nin inspektoru, polis baş serjantı X2 protokolun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, törətdiyi əməldən peşmandır və gələcəkdə bu cür inzibati xətalara yol verməyəcəkdir. Barəsində aşağı həddə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 000333 №-li protokollaşdırmadan görünür ki, müayinə zamanı Şəxs 1.414% alkoqol sərxoşluğu aşkar edilmişdir. İş materiallarında olan DYP-nin WEB portalından çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli qərarla Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə 400 manat məbləğində inzibatib tənbeh tədbiri tətbiq eidlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs oğlu xx.xx.2025-ci il tarixdə saat 00:30-da “VAZ 21061 minik” markalı **-SH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili bir il ərzində təkrarən alkoqol sərxoşluğu halında idarə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, İXM-nin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. İXM-nin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun yaşını, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Şəxs cərimə tənbeh tədbirinin tətbiqi hissəsində Füzuli rayon İcra və Probasiya Şöbəsinə, onun sürücülük hüququnun məhdudlaşdırılması hissəsində isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin İmişli Regional Qeydiyyat- İmtahan və X4 həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar