Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-1060/2025 16.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs1 iştirakları ilə xx.xx.1971-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Füzuli Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(064)-57/2018 nömrəli və xx.xx.2025-ci il tarixli, e-2(064)-1233/2025 nömrəli icra sənədinin icrası ilə əlaqədar Füzuli RİPŞ-nin icra məmuru X1 qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Füzuli RİPŞ-nin icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən: Füzuli RİPŞ-nin icra məmuru X4 verdiyi izahatında bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(064)-57/2018 saylı qətnaməsi üzrə 27 fevral 2018ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən borclu Şəxs 1992 ABŞ dolları və 8768 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Bundan başqa Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(064)-1233/2025 saylı qətnaməsi üzrə 12 noyabr 2025-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 2752 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. İcra sənədləri müvafiq qaydada icraata qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs oğluna rəsmən təqdim edilmişdir. İcra vərəqələri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən ümumi icraatda birləşdirilmişdir. Borcun ödənilməsi ilə əlaqədar borclu Şəxs şifahi və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, icra vərəqələr üzrə olan borucunu tələbkarların xeyrinə ödəməmişdir. Sonradan borclu Şəxs yeri məlum olmadığından onun barəsində 19 noyabr 2025-ci il tarixdə axtarış qərarı verilmiş, xx.xx.2025-ci il tarixdə borclu barəsində polis şöbəsində axtarış işi açılmışdır. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Füzuli rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Borclu Şəxs icra sənədi üzrə bu günədək tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə 6754 manat pul ödəmiş, 5400 manat borcu qalmış, digər tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə isə heç bir ödəniş etməmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar borclu Şəxs alınmış izahatda o, borcundan hazırda heç ödəniş edə bilməməsini bildirmişdi. Bu səbəbdən də icra sənədləri üzrə borcu tam ödətdirmək mümkün olmamış, borcun ödənilməməsi tələbkarların şikayət etməsinə səbəb olmuşdur. Buna görə də borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - icra sənədi üzrə borclu izahat verərək bildirdi ki, o, Xankəndi şəhərində fəhlə işləyir. Maddi cəhətdən imkanı zəif olduğundan tələbkarlara qarşı olan borcunu tam ödəyə bilməmişdir. Hal-hazırda tələbkar Zərərçəkmiş şəxs1 300 manat ödəniş ödə bilər, ayın sonuna qədər isə borcundan 700 manat ödəniş edə bilər. Digər tələbkar Zərərçəkmiş şəxs2 olan borcundan isə növbəti aydan başlayaraq hər ay müəyyən qədər ödəyəcəyinə söz verdiyini bildirdi. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 izahat verərək bildirdi ki, borclu Şəxs uzun müddətdir ki, onun borcunu ödəməkdən qəsdən yayınır. Borclu tərəfindən ona qarşı olan borcunun tam ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: - Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)-57/2018 saylı icra vərəqəsi əsasında müəyyən edilir ki, Şəxs 1992 ABŞ dolları və 8768 manat pul tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. - Füzuli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı əsasında müəyyən edilir ki, icra vərəqəsi üzrə icraata başlanılıb və borclu icraata başlama haqqında qərarla tanış olub. - Füzuli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli rəsmi xəbərdarlığından görünür ki, borclu tələbkara qarşı 5750 manat qalıq borcunun ödənilməsi ilə bağlı rəsmi qaydada xəbərdar olunmuş və borclu xəbərdarlığın surətini almışdır. - Füzuli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli rəsmi xəbərdarlığından görünür ki, borclu tələbkara qarşı borcunun ödənilməsi ilə bağlı rəsmi qaydada təkrarən xəbərdar olunmuş və borclu xəbərdarlığın surətini almışdır. - Füzuli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli rəsmi xəbərdarlığından görünür ki, borclu tələbkara qarşı 5400 manat qalıq borcunun ödənilməsi ilə bağlı rəsmi qaydada təkrarən xəbərdar olunmuş və borclu xəbərdarlığın surətini almışdır. - Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1233/2018 saylı icra vərəqəsi əsasında müəyyən edilir ki, Şəxs 2700 manat pul və ödənilmiş 52 manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. - Füzuli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı əsasında müəyyən edilir ki, icra vərəqəsi üzrə icraata başlanılıb və borclu icraata başlama haqqında qərarla tanış olub. - Füzuli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı əsasında müəyyən edilir ki, Füzuli Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli 2(064)-57/2018 saylı qətnaməsi üzrə 27 fevral 2018-ci il tarixdə və Füzuli Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli e-2(064)-1233/2025 saylı qətnaməsi üzrə 12 noyabr 2025-ci il tarixdə verilmiş icra vərəqələri ümumi icraatda birləşdirilmişdir. - Füzuli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı əsasında müəyyən edilir ki, borclu, xx.xx.1971-ci il təvəllüdlü Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. - Füzuli Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, borclu Şəxs barəsində Füzuli RPŞ tərəfindən xx.xx.2025-ci il tarixdə 760289 saylı axtarış işi açılmışdır. - Borclunun xx.xx.2025-ci il tarixli izahatı əsasında müəyyən edilir ki, o, Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(064)-57/2018 saylı qətnaməsi üzrə 27 fevral 2018ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən 1992 ABŞ dolları və 8768 manat pulu tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödəməli idi. Hazırda tələbkar Zərərçəkmiş şəxs1 5400 manat borcu qalmışdır. Bundan başqa Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(064)-1233/2025 saylı qətnaməsi üzrə 12 noyabr 2025-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən 2752 manat pulu tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. İcra məmuru tərəfindən edilmiş rəsmi və şifahi xəbərdarlıqlara baxmayaraq tələbkar Zərərçəkmiş şəxs1 olan 5400 manat borcdan və tələbkar Zərərçəkmiş şəxs2 olan 2752 manat borcdan heç bir ödəniş edə bilməmişdir. - xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, borclu Şəxs Zərərçəkmiş şəxs1 xeyrinə 300 manat ödəniş etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə borclunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləki, borclu icra sənədi üzrə borcunu qismən də olsa, ödəməyə maddi imkanı olduğu halda ödəməmiş, beləliklə də, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, məhkəmə hesab edir ki, borclu həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, ödənilməmiş borcun məbləğini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin sair digər hallarını nəzərə alaraq icra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-1060/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-1060/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver