Məhkəmə qərarları › İş №3(064)-1103/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-1103/2025

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-1103/2025 05.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə X3 Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X6 (bundan sonra – Şikayətçi) Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətlə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Mətbuat prospekti 29 ərazisində idarə etdiyi BMW X5 markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı şəhər DYPİ-nin polis baş serjantı X2 tərəfindən saxlanılmışdır. Polis əməkdaşı onu saxlamasının səbəbini izah etmədən birbaşa sənədlərini tələb etmiş, o, isə nə baş verdiyini və saxlanılma səbəbini soruşmuşdur. X1 guya işıqforun sarı işığında keçdiyini bildirərək yenidən sənədlərini təqdim etməsini tələb etmişdir. O, inspektora bildirmişdir ki, sarı işıqda keçməmiş, işıqfora yaxınlaşdığı anda yaşıl işıq yanıb-sönürmüş və həmin anda tormozlama etsə imiş, hərəkətdə olan digər nəqliyyat vasitələrinə maneə törədə və bu da qəza şəraiti yarada bilərmiş. Lakin inspektor söylədiklərinə məhəl qoymayaraq protokol tərtib edəcəyini bildirmişdir. Bundan sonra barəsində İXM-in 327.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP7513687 saylı inzibati protokol tərtib etmiş və daha sonra həmin protokola əsasən xx.xx.2025-ci il tarixli, TP7601069 saylı inzibati qərar qəbul etmişdir. Göründüyü kimi maddənin dispozisiyasına əsasən, yalnız svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi zamanı hərəkətin davam etdirilməsi pozuntu hesab olunur. Halbuki onun hərəkəti qanun çərçivəsində olmuşdur və inspektor qanunsuz olaraq barəsində inzibati protokol tərtib etmişdir. Əgər o, həqiqətən də, svetoforun qadağanedici işarəsində hərəkəti davam etdirmiş olsa idi, bu hal elektron texniki vasitələrlə qeydə alınmalı və sübut kimi ona təqdim edilməli idi. Odur ki, qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. X5 və inzibati qərar qəbul edən qurumun nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 28 oktyabr 2025-ci il saat 17:59-da Bakı şəhəri, Mətbuat prospekti 29 ərazisindən keçən hissəsində **-KO-*** dövlət nömrə nişanlı “BMW X5” minik markalı nəqliyyat vasitəsininin istifadəçisi kimi X8 barəsində İXM-in 327.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. - Füzuli Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsinə ünvanlanmış sorğunun məzmunundan görünür ki, X3 Bakı şəhəri BPİ-nin X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti üzrə işə mahiyyəti üzrə baxılması üçün xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar və digər inzibati materialların məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Lakin sözügedən orqan tərəfindən məhkəməyə tələb olunan materiallar təqdim edilməmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİNnin Bakı Şəhəri Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ilə X6 barəsində İXM-in 327.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Lakin qəbul edən orqan inzibati tənbeh tətbiq edilməsinin qanuni əsaslarını göstərməmişdir. Məhkəmə tərəfindən qərar qəbul edən səlahiyyətli orqandan işə mahiyyəti üzrə baxılması üçün xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar və digər inzibati materialların məhkəməyə təqdim edilməsi tələb edilsə də, sözügedən orqan tərəfindən məhkəməyə tələb olunan materiallar təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmçinin qanunvericiliyə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Qərar qəbul edən səlahiyyətli orqan tərəfindən şikayətçinin şikayət ərizəsində göstərilən halları təkzib edən sübutları, həmçinin tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini sübut edən halları məhkəməyə təqdim etməyərək sübutetmə vəzifəsini yerinə yetirmədiyindən işə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Sübutetmə vəzifəsi isə o deməkdir ki, inzibati orqan qəbul etdiyi qərarın əsaslandığı faktları özü araşdırmalı və sübut etməlidir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında elektron qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Yekunda isə qeyd olunan qərar X3 cərimə edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən verilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİ Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar