Məhkəmə qərarları › İş №3(064)-1154/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-1154/2025

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-1154/2025 16.01.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs,inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis kapitanı X3 iştirakları ilə xx.xx.1978-ci il tarixdə Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Polis Şöbəsi (bundan sonra - Füzuli RPŞ) tərəfindən Şəxs barəsində AR İXM-nin 338.7-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün müvafiq sənədlərlə birlikdə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilir. Buna görə də Füzuli RPŞ-nin polis baş leytenantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Füzuli Rayon Polis Şöbəsinin polis kapitanı X4 icraat materiallarının məzmununa uyğun izahat verərək protokolun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, o, fermer təsərrüfatı ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat təminən 16 radələrində özünə məxsus 10 baş iribuynuzlu malqaranın fermada olmadığını aşkar etmişdir. Daha sonra onunla yanaşı fermada heyvan saxlayan tanışın X6 da heyvanlarının fermada olmadığını bildirmişdir. Həmin gün onlar Füzuli rayonu, İşıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verdiyini görərək hadisə yerinə yaxınlaşdıqda “KİA CEED” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə heyvanların toqquşmasının baş verdiyini görmüşlər. Hadisə yerinə baxış keçirilən zaman tələf olan mal-qara içərisində özünə məxsus 3 baş iribuynuzlu heyvanın da olduğunu müəyyən etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qismən təqsirli olduğunu, zərərçəkmiş şəxsin avtomobili yüksək surətlə idarə edərək malqaranın tələf olmasına səbəb olduğunu bildirmişdir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli, 1125 saylı akt əsasında müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 22:30-da “KİA CEED” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü X1 dərəcəsinin təyin edilməsi üçün alkotester vasitəsilə yoxlanılmış və məlum olmuşdur ki, sürücü içki qəbul etməmişdir və ayıq vəziyyətdə olub. X2 Füzuli Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahat əsasında müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 20:20 radələrində etibarnamə ilə idarə etdiyi 77TD651 dövlət qeydiyyat nişanlı Kia Ceed markalı avtoobillə Füzuli-Cərayıl yolunun 2-ci km də Füzuli rayon İşıqlı kənd ərazisindən keçən hissəsində öz yolu ilə sutkanın tam qaranlıq vaxtında saatda təxminən 70-90 km/saat sürətlə hərəkətdə olarkən anidən yolun sağ ehtiyyat hissəsindən asfalt yola bir neçə dənə iri buynuzlu heyvan qarşına çıxmışdır. O, onlardan yayınmaq istəsə də, onlar qarşısına anidən çıxdığı üçün əyləcdən istifadə edə bilməmiş və asfalt örtüklü yolda iri buynuzlu heyvanları vurmuşdur. Toqquşmanın təsiri nəticəsində o idarə etməni itirərək avtomobili yolun sağ kənarında olan beton su arxına salmışdır. Bundan sonra o avtomobildən düşdükdə asfaltda 4 baş iri buynuzlu heyvanın tələf olduğunu görmüşdür. xx.xx.2025-ci il tarixli ziyan aktı əsasında müəyyən olunur ki, 77TD651 dövlət qeydiyyat nişanlı Kia Ceed markalı avtoobilə 4900 manat məbləğində ziyan dəymişdir. Beləliklə, tərəflərin verdiyi izahatlar və iş materiallarında olan mötəbər sübutlar əsasında müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hazırkı halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, o cümlədən İXM-nin 338.7-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan 100 (yüz) manat məbləğində inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar