Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-12/2023 23.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Qarabağ regional X1 İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara və Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinin tələbinə əsasən inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsində göstərilir ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Qarabağ regional X1 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sənədlərdən hüquqi şəxs “Turan Firması” nın yanğın təhlükəsizliyi standartlarına uyğun olmadığı göstərilsə də, İXM-nin 518.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol hüquqi şəxs barəsində deyil, fiziki şəxs Şəxs barəsində tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsin tələbinə riayət edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 44-cü maddəsində göstərilir ki, bu Məcəllənin 40, 41 və 43-cü maddələrində göstərilən hallardan başqa, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş digər inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxırlar. Azərbaycan Respublikasının İXM-nin 106.0.1-ci maddəsinin tələbinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən ilk növbədə işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll etməlidir. Odur ki, qeyd olunanları əsasən hesab edirəm ki, Şəxs barəsində İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta məhkəmə aidiyyatı olmadığından inizbati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Qarabağ regional X1 İdarəsinə geri qaytarılmalıdır. Beləliklə də, göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 109, 128 və 150-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş icraata götürülmədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Qarabağ regional X1 İdarəsinə qaytarılsın.
2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Qarabağ regional X1 İdarəsinə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunsun.
3. Qərardaddan rəsmi rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Yaşar Həşimov