Məhkəmə qərarları › İş №3(064)-120/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-120/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-120/2024 26.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1991-ci il tarixində Füzuli rayonun Horadiz qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Füzuli rayonu, Horadiz şəhərində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixində aralarında yaranmış mübahisə zamanı X3 döymüşdür. Həmin protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: İnzibati xəta haqqında protokol tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X5 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı X3 döymüşdür. Odur ki, G.Həşimova barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, xx.xx.2024-cü il tarixində ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı X3 döymüşdür. Hazırda onunla barışmışdır və iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X6 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı onu döymüşdür. Hazırda Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında işə əlavə olunmuş Füzuli RPŞ TQ-nin təhqiqatçısı polis leytenatı Toğrul Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, həmin qərarın nəticə hissəsində X4 barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbirlər görülməsi qeyd olunmuşdur. Zərərçəkmiş şəxs G.Həşimovanın ərizəsindən görünür ki, o, Şəxsla barışdığından ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları və digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi kifayət qədər mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmamışdır. Lakin bununla yanaşı, zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışmışlar. Belə olan halda məhkəmə hesab edir ki, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 39.1. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 53, 106-115 və 510-cu maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar