Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-125/2025 02.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, AR DİN Cəbrayıl Rayon Polis X11 Xidməti inspektoru polis baş serjantı X2 iştirakları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 AR DİN Cəbrayıl Rayon Polis X11 Xidməti inspektoru polis baş serjantı X2 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarından şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 AR DİN Cəbrayıl Rayon Polis X11 Xidməti inspektoru polis baş serjantı X2 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından İmişli Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlımışdır ki, şikayətçi E.Bərxudarlı “Mercedes Benz” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. BC kateqoriyalı sürücülük vəsiqəsi var. xx.xx.2025-ci il tarixində idarə etdiyi həmin avtomobillə Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl 3 saylı qəsəbəsinə getmişdir. Həmin gün saat 15 radələrində AR DİN Cəbrayıl Rayon Polis X11 Xidməti inspektoru polis baş serjantı X8 onu saxlayıb nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmasını bildirərək onun barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib etmişdir. Lakin Şikayətçi bildirir ki, o, avtomobilinə heç bir qanunsuz avadanlıq quraşdırmamış və inzibati xətaya yol verməmişdir. İmişli Rayon Məhkəməsinin 3(036)-167/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 AR DİN Cəbrayıl Rayon Polis X11 Xidməti inspektoru polis baş serjantı X2 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələbinə görə qərardan şikayət verən şəxs E.Bərxudarlının qeydiyyatda olduğu ünvan (Füzuli rayonu Dədəli kəndi) Füzuli rayonu inzibati ərazisinə aiddir. Odur ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən qərar qəbul etmiş tərəf - AR DİN Cəbrayıl Rayon Polis X11 Xidməti inspektoru polis baş serjantı X8 inzibati tənbehvermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirdi ki, həmin inzibati cərimə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən ödənilmişdir. Şikayət əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda Məhkəmə iclasın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan keçirilməsini mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Cəbrayıl Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X7 xx.xx.2025-ci il tarixdə saat 16:56 radələrində ona məxsus “Mercedes Benz” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla avadanlıq quraşdırmış, nəticədə, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X7 barəsində 150 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İş materiallarında olan CD disk vasitəsilə təqdim edilmiş fotogörüntülər və xx.xx.2025-ci il tarixli akt əsasında müəyyən olunur ki, X3 idarə etdiyi “Mercedes Benz” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması aşkar edilmiş və sürücü barəsində inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəfin izahatından məlum oldu ki, X4 məxsus “Mercedes Benz E220 CDİ minik markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması aşkar edilmişdir. Məhkəmə işin faktiki hallarını və toplanmış sübutları nəzərə alaraq hesab edir ki, Cəbrayıl Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X5 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Cəbrayıl Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-125/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-125/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver