Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-127/2025 26.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Quliyev Vəkil Yelmar oğlunun iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Füzuli rayonu, Qayıdış- 3 qəsəbəsi, ev 101 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra–Füzuli RPŞ) daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Füzuli rayonu Qaydış-4 qəsəbəsi ərazisində sərxoş vəziyyətdə ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək mübahisə edib ictimai qaydanı kobud şəkildə pozmuş, intizama dəvət olunsa da, polisin qanuni əmrinə tabe olmamışdır. Bunun nəticəsində xırda xuliqanlıq edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, leytenantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Füzuli rayonu Qaydış- 4 qəsəbəsi ərazisində sərxoş vəziyyətdə ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək mübahisə edib ictimai qaydanı kobud şəkildə pozmuş, intizama dəvət olunsa da, polisin qanuni əmrinə tabe olmamışdır. Bunun nəticəsində xırda xuliqanlıq edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bunun nəticəsində xırda xuliqanlıq edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Əlavə olaraq o, bildirmişdir ki, Şəxs əvvəllər də bu əməlləri törətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində kürəkəni Zamin Həsənov onlara qonaq gəlmişdir. Evdə olan zaman spirtli içki qəbul edərək yemək yemişdir. Daha sonra axşam saatlarında yaşadığı qəsəbə ərazisində gəzməyə çıxmışlar. Həmin vaxtlarda Füzuli rayon 4 saylı Qayıdış qəsəbə ərazisində yerləşən Elburus adlı şəxsin marketinin qarşısında Zamin Həsənov ilə uca səslə nalayiq ifadələr işlədərək söhbət edirlərmiş, bu zaman onları görən polis əməkdaşları onlara yaxınlaşaraq nalayiq ifadələr işlətməməyi bildirmişlər. Bu zaman sərxoş vəziyyətdə olduğu üçün polis əməkdaşları ilə mübahisə etməyə başlamışlar. Mübahisə zamanı onları Füzuli rayon Polis şöbəsinə dəvət etmişlər. Lakin onlar getməmək üçün polis əməkdaşları ilə mübahisəni davam etdirmişlər. Aralarında olan mübahisə zamanı özündən asılı olmayaraq nalayiq ifadələr işlətmişdir. Avtomobilə əyləşməmək üçün Zamin Həsənov avtomobilə yumruq zərbələri vurmuşdur. O, isə polis əməkdaşlarına müqavimət göstərmişdir. Onları Füzuli rayon Polis şöbəsinə gətirmişlər. Daha sonra onları sərxoşluğu müəyyən olunmuşdur. O, həmin vaxt sərxoş vəziyyətdə olduğunu, həmçinin Füzuli Rayon Məhkəməsinin hökmünə əsasən üzərində elektron qolbağ daşıdığından və hökmə əsasən həmin vaxt evdə olmalı olduğundan polis əməkdaşları ilə polis şöbəsinə getməmək üçün mübahisə etmişdir. Hazırda əməlindən peşmandır. Barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Quliyev Vəkil Yelmar oğlu bildirmişdir ki, Şəxs inzibati xətanı törətdiyini səmimi etiraf edir və əməlindən səmimi peşmandır. Həmin vaxt Şəxs sərxoş vəziyyətdə olub. Qeyd olunanlara əsasən Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Füzuli RPŞ-nin əməkdaşı X3 xx.xx.2024-cü il tarixdən DİO-da xidmətə başlamışdır. xx.xx.2025-ci il tarixdə müəyyən olunmuş və təsdiq olunmuş qrafik əsasında Füzuli rayonu, Qayıdış 1-5 qəsəbələrində PPXB-nin polis nəfəri vəzifəsində xidmət aparır. Həmin tarixdə, saat 21 radələrində birlikdə xidmət apardığın PPXB-nin polis nəfəri Sədat Nifləliyev ilə xidmət apardığı ərazidə iki nəfər vətəndaşın Füzuli rayon 4 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən marketin qarşısında küçədə uca səslə nalayiq ifadələr işlətdiyini görmüşdür. Bu zaman onlara yaxınlaşaraq intizamlı olmağı və nalayiq ifadələr işlətməməyi bildirmişlər. Onlar isə sərxoş vəziyyətdə olduqları üçün onlarla mübahisə etməyə başlamışlar. Onlar xidməti ərazidə şəxsi avtomobillə xidmət apardığı üçün Füzuli rayon 6-11 saylı Qayıdış Qəsəbələri ərazisində xidmət aparan post patrul xidməti əməkdaşlarını köməyə çağırmışlar. Təxminən bir az sonra post patrul xidməti avtomobili ilə Səfərli Rövşən və Nadirli Sabit köməyə gəlmişlər. Həmin şəxsləri Füzuli rayon Polis şöbəsinə dəvət etdikdə onlara qarşı müqavimət göstərərək nalayiq ifadələr işlətmişlər. Bu proses təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin şəxsləri dəfələrlə sakitləşdirməyə çalışsalar da sonuncular buna məhəl qoymayıblar. İctimai qaydanı pozduğu və polisin qanuni tələblərinə məhəl qoymadıqları üçün “Polis Haqqında” qanunun 26-ci maddəsini rəhbər tutaraq onları RPŞ-nə gətirmişlər. RPŞ-ə gələrkən yolda hərəkətdə olduğu zaman həmin şəxslərdən biri, yəni Zamin Həsənov Xidməti avtomobilin qapısına təpiklə zərbələr endirmişdir. Daha sonra onlar sonucunu sorxoşluğun müayinəsindən keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5, X1 işin müvafiq halları barədə X3 ilə eyni məzmunlu izahat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 işin müvafiq halları barədə Şəxs ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi isə inzibati xəta haqqında protokolla yanaşı, şahid ifadələri, eləcə də iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirildiyindən həmin maddələrlə təqsirli bilinərək müvafiq qaydada tənbeh olunmalıdır. Belə ki, iş materiallarında olan: -xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Füzuli rayonu Qaydış-4 qəsəbəsi ərazisində sərxoş vəziyyətdə ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək mübahisə edib ictimai qaydanı kobud şəkildə pozmuş, intizama dəvət olunsa da, polisin qanuni əmrinə tabe olmamışdır. Bunun nəticəsində xırda xuliqanlıq edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamış, onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. -məhkəmə iclasında baxılmış bir ədəd diskin yaddaşına yazılmış videogörüntülərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Füzuli rayonu Qaydış-4 qəsəbəsi ərazisində sərxoş vəziyyətdə ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək mübahisə edib ictimai qaydanı kobud şəkildə pozmuş, intizama dəvət olunsa da, polisin qanuni əmrinə tabe olmamışdır. Bunun nəticəsində xırda xuliqanlıq edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(064)-159/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat inzibati cərimə edilmişdir. - Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(064)-37/2024 saylı hökmdən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinda nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmçinin Şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. -inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 07-də inzibati qaydada tutulmuşdur. -Sərxoşluq vəziyyətini tibbi müayinəsi aktından görünür ki, Şəxs muayinə zamanı onun alkoqollu içki qəbul etməsi, qanda alkoqolun konsentrasiyasının 0,13 promilli olması müəyyən olunmuşdur. -ictimai qaydanın pozulması və polisin qanuni tələblərinə qəsdən tabe olmama ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməs ibaşa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixlərində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması və xırda xuliqanlıq halı, məhkəmə iclasında verilmiş özünün verdiyi etirafedici izahatı, şahid ifadələri və iş materiallarında olan bir ədəd diskin yaddaşına yazılmış videogörüntülər, xx.xx.2025-ci il tarixli, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” və digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə Şəxs iş üzrə törətdiyi inzibati xəta əməllərinə münasibədə səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə və təqsirini etiraf etməsini həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar, həmin əməlləri sərxoş vəziyyətdə törətməsini, eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi isə həmin Məcəllənin 33.1.2-ci və 33.1.7-ci maddələrinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs həmin Məcəllənin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmanlığını və təqsirini etiraf etməsindən ibarət məsuliyyətini yüngülləşdirən halları, həmin əməlləri sərxoş vəziyyətdə törətməsindən ibarət məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qeyd edir ki, əvvələrdə analoji inzibati xəta törətdiyinə görə inzibati tənbeh olunmasına baxmayaraq Şəxs həmin inzibati xətanı təkrarən törətməsi onu deməyə əsas verir ki, o, hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni vaxtda törətdiyi hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona 535.1-ci maddəsinin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 88.1-ci maddəsinə əsasən inzibati qaydada tutma fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılmasından ibarət olduğuna, iş materialları əsasında Şəxs müvafiq inzibati xətanı törətməsi səbəbindən xx.xx.2025-ci il tarixdə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb Füzuli RPŞ-yə gətirildiyinə görə iş üzrə inzibati protokol xx.xx.2025-ci il tarixdə tərtib olunsa da, Şəxs Füzuli RPŞ-də olduğu xx.xx.2025-ci il tarixdən onun azadlığı məhdudlaşdırıldığından sonuncunun inzibati qaydada həbs edilməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2025-ci il tarixdən saat 22:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Onun barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati qaydada həbs edilməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2025ci il tarixdən saat 22:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-127/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-127/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver