Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-129/2024 05.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərşəkmiş şəxs Füzuli Rayon Polis Şöbəsinin sahə rəisi, polis polkovnik-leytenantı X4 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx xxxx 1962-ci il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Füzuli rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 04 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 04 mart 2024-cü il tarixdə saat 10 radələrində Füzuli RPŞ-nin inzibati binasında olarkən sərxoş vəziyyətdə bir neçə dəqiqə ərzində ucadan Füzuli RPŞ-nin sahə rəisi, polis polkovnik-leytenantı X3 ünvanına nalayiq sözlər deyib, sonuncu ilə mübahisə edib Füzuli RPŞ-nin iş rejimini, beləliklə də ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 04 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X2 04 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Füzuli RPŞ-nin sahə rəisi, polis polkovnikleytenantı X4 verdiyi izahatında göstərmişdir ki, onun 10 fevral 2024-cü il tarixdə tərtib etdiyi inzibati tənbeh vermə haqqında qərarla Şəxs (bundan sonra - Zöhrab) Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı 01 fevral 2024cü il tarixdə törətməkdə təqsirli bilinib, barəsində 100 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərar qanuni qüvvəyə mindiyinə görə 01 mart 2024-cü il tarixdə sonuncuya zəng edib həmin cəriməni banka ödəməli və bu barədə qəbzi ona təqdim etməli olduğunu demişdir. Zöhrab əvvəlcə onunla razılaşsa da, bir neçə dəqiqə sonra ona zəng edib cərimə edilməsinə görə onun ünvanına nalayiq sözlər demişdir. Bu səbəbdən o, 02 mart 2024-cü il tarixdə bu barədə rəhbərliyinə raportla müraciət etmişdir. 04 mart 2024cü il tarixdə saat 10 radələrində Zöhrab onun verdiyi raportla əlaqədar Füzuli RPŞ-nin inzibati binasında olarkən onunla qarşılaşanda sərxoş vəziyyətdə ucadan onun ünvanına nalayiq sözlər deyib, onunla mübahisə etməklə 15-20 dəqiqə ərzində Füzuli RPŞ-nin iş rejimini pozmuşdur. Zöhrabın hazırki iş üzrə inzibati xətanı Azərbaycan Respublikası İXMin 510-cu maddəsində nəzərdə tutulmuş 10 fevral 2024-cü il tarixdəki inzibati xətadan sonra təkrar törətməsi nəzərə alınaraq, barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında işin hallarının zərəçəkmiş şəxs X3 izahatında göstərdiyi məzmunda baş verdiyini göstərmiş, əlavə olaraq qeyd etmişdir ki, iş üzrə törətdiyi inzibati xətaya görə səmimi peşimandır, sonuncudan üzr istəyir, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan: - 10 fevral 2024-cü il tarixli, MN ******* nömrəli protokol və MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı 01 fevral 2024-cü il tarixdə törətməkdə təqsirli bilinib, barəsində 100 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. - məhkəmə iclasında elan edilərək tədqiq edilmiş 04 mart 2024-cü il tarixli, 119 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nda müayinə zamanı Şəxs sərxoş vəziyyətdə olmasının müəyyən edildiyi göstərilmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi inzibati xətanı törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxs X3 verdiyi izahatı, iş materiallarında olan inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. - ictimai qaydanın pozulması ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs iş üzrə törətdiyi inzibati xətaya görə səmimi peşmançılıq keçirməsini Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal, həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı bir il ərzində təkrar törətməsi və iş üzrə inzibati xətanı sərxoş halda törətməsini isə həmin Məcəllənin müvafiq olaraq 33.1.2 və 33.1.7-ci maddələrinə əsasən məsuliyyətini ağırlaşdıran hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi və əmlak vəziyyətini, iş üzrə törətdiyi inzibati xətaya görə səmimi peşmançılıq keçirməsindən ibarət məsuliyyətini yüngülləşdirən halın, həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı bir il ərzində təkrar törətməsi və iş üzrə inzibati xətanı sərxoş halda törətməsindən ibarət məsuliyyətini ağırlaşdıran halların olmasını və 10 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla barəsində inzibati cərimənin həmin Məcəllənin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə, yəni 100 manat məbləğində təyin edilməsini, göstərilənlərə əsasən ona daha inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin mümkün olmamasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 5 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 5 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 05 mart 2024-cü il tarixdən saat 14:50-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-129/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-129/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver