Məhkəmə qərarları › İş №3(064)-13/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-13/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-13/2024 08.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, zərərçəkmiş şəxs Şirinova Elnarə Vəkil qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Füzuli rayon prokurorluğu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inizbati xəta haqqında qərarda qeyd edilir ki, Şəxs 04 dekabr 2023-cü il tarixdə saat 09 radələrində Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən mərhum atasına məxsus evdə aralarında baş vermiş mübahisə zamanı qardaşı arvadı Şirinova Elnarə Vəkil qızının sol əlini ayağı ilə ayaqlayaraq və sol baldır nahiyəsinə təpik zərbəsi vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati tənbeh tədbiri görülməsi məsələsinə baxılmasından ötrü toplanmış material qərarla birgə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında: Zərərçəkmiş şəxs Şirinova Elnarə Vəkil qızı bildirdi ki, Şəxs 04 dekabr 2023-cü il tarixdə səhər saat 09 radələrində Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən mərhum atasına məxsus evdə aralarında baş vermiş mübahisə zamanı onun sol əlini ayağı ilə ayaqlayaraq və sol baldır nahiyəsinə təpik zərbəsi vurmuşdur. Hazırda o, şikayətçidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-in 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək bildirdi ki, 04 dekabr 2023-cü il tarixdə saat 09 radələrində Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən mərhum atasına məxsus evdə qardaşı və onun arvadı Elnarə ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o, Elnarəni vurmamışdır. Odur ki, barəsində AR İXM-n 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Füzuli RPŞ TB-nin təhqiqatçısı S.Xəlilov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Beyləqan rayonlararası şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 442/23 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Şirinova Elnarə Vəkil qızının məhkəmə-tibbi ekspertizası zamanı yanaq, boyun nahiyyələrində sıyrıqlar, sol baldır nahiyəsində isə qançır aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Füzuli RPŞ TB-nin təhqiqatçısı S.Xəlilov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati icraatın başlanması üçün qərarın surəti Füzuli rayon prokurorluğuna göndərilmişdir. Füzuli rayon prokuroru E.Rüstəmovun xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qərar toplanmış materiallarla birlikdə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 157-ci maddəsi ilə təqsirli bilməsə də onun qeyd olunan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi və qüvvədə olan Füzuli RPŞ TB-nin təhqiqatçısı S.Xəlilov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında, eləcə də Füzuli rayon prokuroru E.Rüstəmovun xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarları ilə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə Şəxs izahatını özünü müdafiə xarakterli izahat kimi qiymətləndirir və hesab edir ki, o, İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun ilk dəfə inzibati xəta törətməsini inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin aşağı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar