Məhkəmə qərarları › İş №3(064)-134/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-134/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-134/2023 26.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, Hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə bağlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsinin rəisi gömrük xidmət mayoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, №13000-00333/23 saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs MMC (**********) Enerji Resursları və X2 Gömrük idarəsinin Gömrük prosedurları ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2023-ci il tarixli 34/012/001691 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, 27 03.2023-cü il tarixində ixracatçı Türkiyə Respublikasının ‘Esan Akümülatör ve Malz.San.Tic.A." şirkəti tərəfindən idxalçı hüquqi şəxs “M.P.K“ MMC (VÖEN: **********) ünvanına göndərilən mallar **********0776 saylı gömrük bəyannaməsi üzrə Baş idarədə rəsmiləşdirilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi) sistemində sərhədkecmə məlumatlarının əks edildiyi “Malın Çatdırılması və Bosaldılması"na dair məlumatlardan müəyyən olunmuşur ki, sözügedən bəyannamə üzrə idxal edilmiş mallara dair mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük orqanına elektron formada yerilməli olan qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş proses iştirakçılarının nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İnzibati xəta haqqında işdən görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi nümayəndəsi M.Ocaqverdiyev izahatında göstərmişdir ki, hüquqi şəxs tərəfindən gətirilən malların gömrük ərazisində gətirilməzdən əvvəl mallar barədə elektron formada verilməli olan qısa idxal bəyyanaməsinin verilməməsi ixracatçı şirkət tərəfindən göndərilmiş malların Azərbaycan Respublikasının gömrük ərazisinə çatma vaxtının öncədən bildirilməməsi səbəbindən baş vermişdir. Məhkəmə tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib və onlara hüquqi qiymət verərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də hüquqi şəxsə həmin maddədə nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 48-51, 61, 73, 114, 485.2-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1.500 (bir min beş yüz) manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar