Məhkəmə qərarları › İş №3(064)-14/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-14/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-14/2023 23.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Şəxs, X4, X3 və müdafiəçilər Vəkil və X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs, xx.xx.1990-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Püsyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə məhkumluğu olmayan Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Üsyan kəndidə qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan X2 və xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 barələrində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixində qanunsuz hazırladığı narkotik vasitəni istifadə etmişdir. xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, X4 xx.xx.2023-cü il tarixində qanunsuz hazırladığı narkotik vasitəni istifadə etmişdir. xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, X5 xx.xx.2023-cü il tarixində qanunsuz hazırladığı narkotik vasitəni istifadə etmişdir. İş materiallarından görünür ki, bu şəxslər “Toyota-Prius” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobildə birlikdə narkotik vasitə istehlak edərkən xx.xx.2023-cü il tarixində Füzuli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışlar. Odur ki, işin tam, hərtərəfli və obyektiv araşdırılmasının tezləşdirilməsinə nail olmaq məqsədi ilə hər üç şəxs barəsində olan inzibati xəta haqqında iş baxılması üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək bildirdi ki, o, digər şəxslərlə birlikdə xx.xx.2023-cü il tarixində “Toyota-Prius” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olan marixuana istifadə edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs həmçinin bildirdi ki, o, əvvəllər də bir neçə dəfə narkotik vasitələrdən istifadə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 özünü AR İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək bildirdi ki, o, digər şəxlərlə birlikdə xx.xx.2023-cü il tarixində “Toyota-Prius” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olan marixuana istifadə edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. V.Abdullayev həmçinin bildirdi ki, o, əvvəllər də bir neçə dəfə narkotik vasitələrdən istifadə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünü AR İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək bildirdi ki, o, digər şəxslərlə birlikdə xx.xx.2023-cü il tarixində “Toyota-Prius” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olan marixuana istifadə edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. A.Alagözov həmçinin bildirdi ki, o, əvvəllər də bir neçə dəfə narkotik vasitələrdən istifadə etmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş: xx.xx.2023-cü il tarixli, 17 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hər üç şəxsdə narkotik vasitələrin istehlakı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, AZA№002578 inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 10:10-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli, AZA№002577 inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X4 xx.xx.2023-cü il tarixində saat 10:40-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli, AZA№002579 inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X5 xx.xx.2023-cü il tarixində saat 10:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs, V.Abdullayev və A.Alagözovun birlikdə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmələri öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, onlar həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barələrində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onların ilk dəfə inzibati xəta törətmələri inzibati məsuliyyəti yüngülləşdirən, inzibati xətanı qrup halında törətmələrini isə inzibati məsuliyyəti ağırlaşdran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində göstərilir ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə qeyd edir ki, Şəxs, V.Abdullayev və A.Alagözovun əvvəllər də analoji inzibati xətanı törətməklə bundan nəticə çıxarmayaraq yenidən qanunsuz olaraq narkotik vasitə istehlak etdiklərinə görə hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişlər. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, onlar barələrində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması şəxsiyyətlərinə uyğundur. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin şəxsiyyətlərini, davranışlarını və işin digər hallarını nəzərə alaraq onlara Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh növünün tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 206-cı maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən saat 10:10-dan hesablansın. X4 Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən saat 10:40-dan hesablansın. X5 Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən saat 10:00-dan hesablansın. Qərar dərhal icra olunsun və icrası Füzuli rayon PŞ-yə və Beyləqan rayon PŞ MSY-ə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar