Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-144/2023 19.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ YPX-nin inspektoru polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı il tarixində Füzuli rayonu, B.Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Füzuli rayonu, 1-ci Zobucuq qəsəbə sakini Şəxs sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “Hyundai Sonata” markalı ** BS *** dövlət nömrə nişanlı avtomaşınla Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində yolun sağ tərəfindən dayanacağdan yolun sol tərəfinə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisinə dönərkən əks istiqamətdə hərəkətdə olan X3 idarə etdiyi “Mercedes-Benz 230 minik” **-VT-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş və nəticədə “Mercedes-Benz 230 minik” **-VT-*** dövlət nömrə nişanlı avtomaşının sürcüsü X6 və yanındakı sərnişin X2 müxtəlif mədən xəsarətləri almışdır. Həmin avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iclasında: Füzuli RPŞ YPX-nin inspektoru polis mayoru X4 bildirdi ki, Füzuli RPŞ İB-nin rəisi S.Ağalarovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs hazırda şikayətçi deyil. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı ** BS *** dövlət nömrə nişanlı avtomaşınla Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində yolun sağ tərəfindən dayanacağdan yolun sol tərəfinə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisinə dönərkən əks istiqamətdə hərəkətdə olan X3 idarə etdiyi “Mercedes-Benz 230 minik” **-VT-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş və nəticədə avtomobildə olan şəxslər xəsarət alımış, avtomobilə isə maddi ziyan dəymişdir. O, avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Hazırda zərərçəkmiş şəxs şikayətçi deyil. Füzuli RPŞ İB-nin rəisi S.Ağalarovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında görünür ki, material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati qaydada tədbirlər görülməsi Füzuli RPŞ İTB-yə tapşırılmışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. İlk dəfə inzibati xəta törətməsi və zərərçəkmiş şəxsin şikayətçi olmaması onun inzibati məsuliyyətini yüngülləşdirən hallardır. Azərbaycan Respublikası İXM-in: 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106- 115 və 535.1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-144/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-144/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver