Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-146/2023 25.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, icra sənədi üzrə tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1963-cü il tarixində Füzuli rayonu, Şükürbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Füzuli rayonu, Şükürbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə müəyyən edilmişdir ki, Füzuli Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 16(064)- 10/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Mədət oğlu tərəfindən Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində tələbkar X2 evinə gedən yolda tikililər aparılması qadağan edilməlidir. İcra vərəqəsi üzrə 14 aprel 2023-cü il tarixdə icraata qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara, tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs Mədət oğluna verilmişdir. Bundan sonra, borclu Şəxs Mədət oğluna izah olunmuşdur ki, həmin ərazidə tikintini dayandırsın və bu barədə ondan iltizam alınmışdır. Bundan başqa, borclu Şəxs Mədət oğluna məxsus ***-***-**-** nömrəli mobil telefonla dəfələrlə əlaqə saxlanılb tikintini davam etməməsi izah olunsa da, icra vəqrəqəsində göstərəilən tələbə əməl etməyərək tikintini davam etmişdir. Bu isə tələbkar X2 şikayət etməsinə səbəb olmuşdur. Ona görə də, borclu Şəxs barəsində AR İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 bildirdi ki, Füzuli Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 16(064)-10/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Mədət oğlu tərəfindən Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində tələbkar Zərərçəkmiş şəxs evinə gedən yolda tikililər aparılması qadağan edilmişdir. İcra vərəqəsi üzrə 14 aprel 2023-cü il tarixdə icraata qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara, tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs Mədət oğluna verilmişdir. Bundan sonra, borclu Şəxs izah olunmuşdur ki, həmin ərazidə tikintini dayandırsın və bu barədə ondan iltizam alınmışdır. Lakin o, tələbə əməl etməyərək tikintini davam etdirmişdir. Bununla yanaşı, xx.xx.2023-cü il tarixdə borcluya tikilinin sökülməsi tapşırılsa da o, buna da əməl etməmişdir. İcra sənədi üzrə tələbkar X4 bildirdi ki, məhkəmənin müvəqqəti təminat tədbiri haqqında qərardadı olsa da borclu Şəxs ümumi istifadədə olan torpaq sahəsini zəbt edərək orada apardığı qanunsuz tikintini davam etdirmişdir. Hazırda o, şikayətçidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs bildirdi ki, iddiaçı Zərərçəkmiş şəxs ona qarşı qaldırdığı iddiası əsassız olduğundan hesab etmişdir ki, apardığı tikintini davam etdirə bilər. Ona verilmiş vaxt ərzində də tikintini sökməkdən imtina etmişdir və bundan sonra da imtina edəcəkdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs vəkili Vəkil bildirdi ki, borcluya vaxt verilərsə icra vərəqəsinin icrasını təmin edə bilər. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, borclu Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində göstərilir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlara baxmayaraq borclu Şəxs tikinti işləri aparılmasının qadağan edilməsinə dair icra vərəqəsinin icrasını təmin etmədiyinə görə hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Şəxs oğlu barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, tələbkarın şikayətçi olmasını və işin digər hallarını nəzərə alaraq icra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh növünün tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: İcra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 25 aprel 2023-cü il tarixindən saat 14:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli rayon PŞ-yə və Beyləqan rayon PŞ MSY-ə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026-315)51-82 Horadiz şəhəri İş № 3(064)-146/2023 25 aprel 2023-cü il Füzuli rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı cənab Zaur Abbasova Beyləqan rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Rüstəm Cəfərova Füzuli Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 3(064)-146/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarı icra edilməsi üçün sizə göndərilir. Qoşma: qərar. HAKİM Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-146/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-146/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver