Məhkəmə qərarları › İş №3(064)-156/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-156/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-156/2024 14.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Füzuli rayonu, Aşağı Veysəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Xocavənd rayonu, Axullu kəndində qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Haramı düzü adlanan ərazidə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Füzuli rayon Polis şöbəsi tərəfindən tərtib edilmiş 14 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xüsusi icazə almadan “TOЗ- 34” markalı, 41015 nömrəli, 16 kalibrli atəş açmaq üçün yararlı, qoşalüləli yivsiz ov silahını və 16 kalibrli atəş açmaq üçün yararlı patronu özündə saxlamışdır. Buna görə də Füzuli RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 14 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Füzuli rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 inzibati xəta haqqında protokolun məznuna uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında təqsirləndirildiyi əməli törətdiyini etiraf edərək, Füzuli rayon Polis şöbəsində saxlanılan ov silahının ona məxsus olduğunu, sənədinin olmadığını və onu qanunsuz saxladığını bildirdi. İş materiallarına əlavə edilmiş 15 fevral 2024-cü il tarixli “Şəxsin cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərardan görünür ki, Füzuli RPŞ-də araşdırılması aparılmış ********* nömrəli material üzrə Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xüsusi icazə almadan “TOЗ-34” markalı, 41015 nömrəli, 16 kalibrli atəş açmaq üçün yararlı, qoşalüləli yivsiz ov silahını əldə etməsi, saxlaması və daşıması müəyyən edilmiş, qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Füzuli RPŞ-nin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində “TOЗ-34” markalı, 41015 nömrəli, 16 kalibrli atəş açmaq üçün yararlı, qoşalüləli yivsiz ov silahı və 16 kalibrli atəş açmaq üçün yararlı patronu müsadirə edilməklə 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində “TOЗ-34” markalı, 41015 nömrəli, 16 kalibrli atəş açmaq üçün yararlı, qoşalüləli yivsiz ov silahı müsadirə edilməklə 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Füzuli Rayon Polis Şöbəsində saxlanılan “TOЗ-34” markalı, 41015 nömrəli, 16 kalibrli atəş açmaq üçün yararlı, qoşalüləli yivsiz ov silahı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat idarəsinə təhvil verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar