Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-157/2024 14.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxx 1997-ci il tarixdə Füzuli rayonu, Mahmudlu-1 kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Füzuli rayonu, Birinci Mahmudlu kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 14 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs satış məqsədi olmadan qanunsuz olaraq üç ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,37 qram, 0,61 qram və 0,92 qram olmaqla, ümumi təmiz çəkisi 1,90 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı (bundan sonra – qurudulmuş marixuana) şəxsi istehlak miqdarında əldə etmiş, 15 fevral 2024-cü il tarixdə saat 02 radələrində Füzuli rayonu, Birinci Mahmudlu kəndi ərazisində Füzuli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılana kimi üzərində saxlamış və daşımışdır. Həmin kütlə 15 fevral 2024cü il tarixdə Füzuli RPŞ-də videoçəkilişlə Şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş gödəkçənin sol iç cibindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Buna görə də Füzuli RPŞ-də araşdırılması aparılmış HK-1/210-24 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 fevral 2024cü il tarixli qərarla müəyyən edilmiş işin faktiki halları əsasında Füzuli RPŞ-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 14 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə sonuncunun Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iş üzrə inzibati xəta haqqında protokol tərtib edən RPŞ-nin polis sahə rəisi, polis kapitanı X2 bildirdi ki, Şəxs satış məqsədi olmadan qanunsuz olaraq üç ədəd bükümlərdə ümumi təmiz çəkisi 1,90 qram təşkil edən qurudulmuş marixuananı şəxsi istehlak miqdarında əldə etmiş, üzərində saxlamış və daşımışdır. Buna görə də sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 15 fevral 2024-cü il tarixdə Füzuli RPŞ-də onun üzərinə müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol iç cibindən üç ədəd bükümlərdə aşkar edilmiş, ümumi təmiz çəkisi 1,90 qram təşkil edən qurudulmuş marixuananı şəxsən istifadə etmək məqsədi ilə əldə etmiş, üzərində saxlamış və daşımışdır. Törətdiyi həmin əməldən səmimi peşimandır. Barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Müdafiəçi Vəkil Şəxs barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - “Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsi haqqında” 15 fevral 2024-cü il tarixli protokolda göstərilmişdir ki, Şəxs üzərinə müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol iç cibindən üç ədəd bükümlərdə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. - Məhkəmə-bioloji ekspertizasının 15 fevral 2024-cü il tarixli, 3-16-16/2-18/176 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üç ədəd bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,37 qram, 0,61 qram və 0,92 qram olmaqla, ümumi təmiz çəkisi 1,90 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra həmin qurudulmuş marixuananın ümumi qalıq çəkisi 1,84 qram təşkil edir. Ekspertiza xərci 49,74 manat təşkil edir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 fevral 2024-cü il tarixli qərarında göstərilmişdir ki, Füzuli RPŞ-də araşdırılması aparılmış HK-1/210-24 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün həmin qərarın surəti Füzuli RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. İş üzrə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edilməsinə, daşınmasına görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanuna əsasən heroin narkotik vasitədir, heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edildiyi göstərilmiş “Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsi haqqında” 15 fevral 2024-cü il tarixli protokol, məhkəmə-bioloji ekspertizasının 15 fevral 2024-cü il tarixli, 3-16-16/2-18/176 nömrəli rəyi və digər sənədlərlə tam sübuta yetirilmişdir. - əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. “Elektron məhkəmə portalı”ndan əldə edilmiş məlumatdan görünür ki, Şəxs işləmir, sosial müavinət və əmək pensiyası almır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, onun şəxsiyyəti, əmlak vəziyyəti, törətdiyi əməldən səmimi peşmançılıq keçirməsindən ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 15 fevral 2024-cü il tarixli protokolda göstərilmişdir ki, iş üzrə Şəxs azadlığı faktiki olaraq 15 fevral 2024-cü il tarixdə saat 02:00da məhdudlaşdırılmışdır. - “Şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 16 fevral 2024-cü il tarixli qərarda göstərilmişdir ki, Şəxs həmin tarixdə saat 12:00-da Füzuli RPŞnin müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə göstərilən sənədlər əsasında Şəxs azadlığının faktiki olaraq 15 fevral 2024-cü il tarix, saat 02:00-da məhdudlaşdırıldığını və 16 fevral 2024-cü il tarixdə saat 12:00-da müvəqqəti saxlama yerindən azad edilməsini müəyyən etdiyinə görə hesab edir ki, onun iş üzrə Füzuli RPŞ-nin müvəqqəti saxlama yerində saxlanıldığı müddət 2 gün təşkil edir. Həmin müddət onun barəsində təyin ediləcək inzibati həbs tənbeh tədbiri müddətindən çıxılmalıdır. Şəxs həbs edilməsinin əvvəli 14 mart 2024-cü il tarix, saat 17:00-dan hesablanmalıdır. İş üzrə maddi sübut qismində tanınıb Füzuli RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra 3 ədəd bükümlərdə, ümumi qalıq çəkisi 1,84 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 55-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49,74 manat ekspetiza xərci dövlət büdcəsinə aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs 15 fevral 2024-cü il tarix saat 02:00-da azadlığının faktiki məhdudlaşdırılmasından 16 fevral 2024-cü il tarix saat 12:00-da Füzuli RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilməsinədək keçən cəmi 2 (iki) gün müddət barəsində təyin edilmiş 25 (iyirmi beş) gün müddətə inzibati həbs tənbeh tədbirinə hesablanıb həmin müddətdən çıxılmaqla, üzərində qəti olaraq 23 (iyirmi üç) gün müddətə inzibati həbs tənbeh tədbiri saxlanılsın. Həbsetmənin əvvəli 14 mart 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərar yuxarıda göstərilən hissələrdə dərhal icra olunsun. İş üzrə maddi sübut qismində tanınıb Füzuli RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra 3 ədəd bükümlərdə, ümumi qalıq çəkisi 1,84 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərcini təşkil edən 49,74 manat pul dövlət büdcəsinə aid edilsin. Qərarın icrası Şəxs həbs tənbeh tədbirinin tətbiq edilməsi hissəsində Füzuli Rayon Polis Şöbəsi və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə, maddi sübutun məhv edilməsi hissəsində Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-157/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-157/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver