Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-162/2025 10.03.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli şəhəri, N.Nərimanov küçəsi, Dalan-2, ev 5-də qeydiyyatda olmaqla, hazırda Beyləqan rayonu, Mil qəsəbəsində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(012)-1359/2010 saylı və Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(064)-880/2020 saylı qətnamələri əsasında həmin məhkəmə tərəfindən verilmiş icra sənədlərindəki tələbi Füzuli RİPŞ-nin rəis vəzifəsini icra edən icra məmuru X6 tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Füzuli RİPŞ-nin rəis vəzifəsini icra edən icra məmuru X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2010-cu il tarixli 2(012)-1359/2010 saylı icra sənədinə əsasən borclu Şəxs 05 mart 2004-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tələbkar X1 xeyrinə 08 sentyabr 2010-cu il başlayaraq hər ay 72 (yetmiş iki) manat məbləğində aliment tutulmalıdır. Bundan başqa Füzuli Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli 2(064)-880/2020 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət olunmuş alimentin miqdarı artırılaraq, hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra yəni 19 iyun 2020-ci il tarixdən başlayaraq hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Həmçinin Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(064)-92/2024 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub tələbkar X3 verilməlidir. İcra sənədləri üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədləri 07 may 2024-cü il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. Borclu Şəxs Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2010-cu il tarixli 2(012)-1359/2010 saylı və Füzuli Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli 2(064)-880/2020 saylı icra sənədləri üzrə yaranmış cəmi 10944 manat aliment borcundan 3960 (üç min doqquz yüz altmış) manat pulu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəmiş, cəmi 6984 (altı min doqquz yüz səksən dörd) manat aliment borcu qalmışdır. Bundan başqa borclu Şəxs Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(064)-92/2024 saylı icra sənədi üzrə tələbkar X3 heç bir aliment pulu ödəməmiş və 15 noyabr 2023-cü il tarixdən 15 fevral 2025-ci il tarixədək tələbkar Əsmər Məmmədovaya cəmi 4800 (dörd min səkkiz yüz) manat aliment borcu yaranmışdır. Borclu Şəxs icra sənədləri üzrə aliment borcunun ödənilməsi barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, qanuni tələbləri yerinə yetirməyərək, aliment borcunu ödəməmişdir. Sonradan borclu Şəxs yeri məlum olmadığından, icra sənədlərinin icrasının təmin edilməsi üçün onun axtarılması barədə 02 dekabr 2022-ci il tarixdə qərar verilərək, qərar icra olunması üçün Füzuli rayon Polis Şöbəsinə göndərilmiş və borclu barəsində 07 dekabr 2022-ci il tarixdə 760225 nömrəli axtarış işi açılmışdır. Borclu Şəxs 10 mart 2025-ci il tarixdə Füzuli rayon Polis Şöbəsi tərəfindən tapılaraq Füzuli rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş, ondan alınmış izahatda icra sənədləri üzrə yaranmış cəmi 11784 (on bir min yeddi yüz səksən dörd) manat aliment borcundan tələbkarların xeyrinə heç bir pul məbləği ödəyə bilməyəcəyini göstərmişdir. Bu səbəbdən də, məhkəmə qətnaməsinin icrasını təmin etmək mümkün olmamış, qətnamə icrasız qalmışdır. Bu isə tələbkarın haqlı narazılığına və şikayət etməsinə səbəb olmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin rəis vəzifəsini icra edən icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək onun məzmununa uyğun izahat vermiş, əlavə olaraq izahatında göstərmişdir ki, borclu borcunu hissə-hissə ödəmək üçün bir neçə dəfə şöbəyə gələrək icra sənədi üzrə borcunu tələbkara yalnız hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Borclu bu hərəkətləri ilə sadəcə icra sənədini icra etmək görüntüsünü yaratmaq istəmişdir. Abşeron Rayon Məhkəməsinin 07 oktyabr 2010-cu il tarixli 2(012)-1359/2010 saylı icra sənədinə əsasən tələbkar X4 borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra icra şöbəsi ilə əlaqə saxlayaraq borclu Şəxs barəsində həbs növündə inzibati tənbehin tətbiq edilməməsini xahiş etmişdir. Eyni zamanda Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(064)-92/2024 saylı icra sənədinə əsasən tələbkar X5 da borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra icra şöbəsi ilə əlaqə saxlayaraq borclu Şəxs həmin borcu tələb etmədiyini, bu barədə icra şöbəsinə bu yaxınlarda müraciət edəcəyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. İcra vərəqəsi üzrə borcunun tələbkarın xeyrinə ödənilməsi üçün Füzuli RİPŞ-nə çağırılmış, ona rəsmi xəbərdarlıq edilmiş və borcun ödənilməsi ondan tələb edilmişdir. Məhkəmə qətnamələrində göstərilən borcunun bir qismini ödəsə də, borcunu tam şəkildə ödəyə bilmir. Hazırda heç bir yerdə işləmir, lakin tezliklə işlə təmin olunacağını və borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİPŞ-nin rəis vəzifəsini icra edən icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs icra sənədini müvafiq olaraq 10 və 5 gün ərzində tam icra etməsi üçün şəxsən imza etdirilməklə yazılı qaydada xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: -məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. -Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İcra sənədi üzrə qəbul edilmiş icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş, bir neçə dəfə yazılı xəbərdarlıqlar borclu Şəxs rəsmən təqdim edilmiş, lakin borclu icra sənədindəki tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməyib. Məhkəmə Şəxs səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, törətdiyi əməldən səmimi peşmanlıq keçirməsindən ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-162/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-162/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver