Məhkəmə qərarları › İş №3(064)-163/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-163/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-163/2023 04.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, 13 avqust 1999-cu il tarixdə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağcabədi rayonu, Salmanbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 25 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 25 aprel 2023-cü il tarixdə saat 19 radələrində Füzuli rayonu, Horadiz şəhəri ərazisində “KİA OPTİMA” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitədən istifadə etməsi nəticəsində yaranmış sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də Füzuli RPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMin 333.1-ci maddəsi ilə 25 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, gəlməmiş, məhkəməyə bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə buna görə də işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş inzibati xəta haqqında icraat materialları ilə müəyyən edilmişdir ki,: - 25 aprel 2023-cü il tarixdə müayinə zamanı Şəxs narkotik vasitə olan marixuanadan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə olması qeydə alınmış, sonuncu tərtib edilmiş müvafiq akta bu halı təsdiq edən məzmunda şəxsən qeyd etmişdir (“Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” 25 aprel 2023-cü il tarixli, 256 nömrəli akta əsasən). - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Füzuli RPŞ-yə verdiyi izahatında 25 aprel 2023-cü il tarixdə saat 19 radələrində Füzuli rayonu, Horadiz şəhəri ərazisində “KİA OPTİMA” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobili psixotrop maddədən istifadə etməsi nəticəsində yaranmış sərxoş vəziyyətdə idarə etdiyini etiraf etmişdir. - Şəxs sürücülük hüququ vardır (30 dekabr 2022-ci il tarixli, BD044609 nömrəli sürücülük vəsiqəsində). Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki,: - barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” 25 aprel 2023-cü il tarixli, 256 nömrəli akt və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Onun əməlində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Buna görə də Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququnun 10 (on) ay müddətə məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun 10 (on) ay müddətə məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin əvvəli sürücülük vəsiqəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim edildiyi andan hesablansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar