Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-165/2023 01.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, Füzuli rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X9, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxxx 1957-ci il tarixdə Füzuli rayonu, Babı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, X7 İdarəsində suvarma üzrə fəhlə işləyən, Füzuli rayonu, Babı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Prokurorluğundan daxil olmuş 28 aprel 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 30 mart 2023-cü il tarixdə saat 10 radələrində Füzuli rayonu, Babı kəndində yerləşən poçtun yaxınlığında həmkəndliləri X11, X6 və X3 yanında Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Buna görə də 28 aprel 2023-cü il tarixdə Füzuli rayon prokuroru, ədliyyə müşaviri Elnur Rüstəmov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X9 verdiyi izahatında Füzuli Rayon Polis Şöbəsində araşdırılması aparılmış HK-1/341 nömrəli material üzrə Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi məzmunda inzibati xəta törətməsinin müəyyən edilməsi əsasında 28 aprel 2023-cü il tarixdə Füzuli rayon prokuroru, ədliyyə müşaviri Elnur Rüstəmov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edildiyini göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, X7 İdarəsində suvarma üzrə fəhlə işləyir. 30 mart 2023-cü il tarixdə saat 10 radələrində Füzuli rayonu, Babı kəndində yerləşən poçtun yaxınlığında həmkəndlisi X6 ilə söhbət edərkən Zərərçəkmiş şəxs ona yaxınlaşıb ünvanına nalayiq sözlər demiş, ondan əkin sahəsinə suyun verilməməsinin səbəbini soruşmuşdur. Bununla əlaqədar onunla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, sonuncu onun baş nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Bununla əlaqədar o, da Zərərçəkmiş şəxs ünvanına təhqiredici sözlər demişdir. Bu zaman onların yanında, həmçinin X10 və X11 da olmuşlar. Törətdiyi həmin əməldən səmimi peşimandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə saat 10 radələrində Füzuli rayonu, Babı kəndində yerləşən poçtun yaxınlığında həmkəndlisi Şəxs onun əkin sahəsinə suyun verilməməsinin səbəbini soruşduqda sonuncu onun ünvanına nalayiq sözlər demişdir. Buna görə də o, da Şəxs ünvanına təhqiredici sözlər demişdir. Lakin o, Şəxs hər hansı formada zor tətbiq etməmişdir. Bu zaman onların yanında X6, X10 və X11 olmuşlar. Buna görə də Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə saat 10 radələrində Füzuli rayonu, Babı kəndində yerləşən poçtun yaxınlığında Şəxs və Zərərçəkmiş şəxs bir-biri ilə mübahisə edərkən bir-birinin ünvanına nalayiq sözlər demişlər. Bu zaman onların yanında, həmçinin X6 və X11 da olmuşlar. İş materiallarından görünür ki, X6 və X2 RPŞ-yə verdikləri izahatlarında işin hallarının X3 ifadəsində göstərdiyi məzmunda baş verdiyini bildirmişlər. İş materiallarında olan: - cinayət işi başlanmasının rədd edilməsi haqqında 20 aprel 2023-cü il tarixli qərarın surətindən görünür ki, Füzuli Rayon Polis Şöbəsində araşdırılması aparılmış HK-1/341 nömrəli material üzrə Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi məzmunda inzibati xəta törətməsi müəyyən edilmişdir. - inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. - 30 mart 2023-cü il tarixli, 105/23 nömrəli ekspert rəyində göstərilmişdir ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, şahid qismində dindirilmiş X3 verdiyi ifadəsi, iş üzrə X6 və X5 Füzuli RPŞ-yə verdikləri izahatları və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydaları, beləliklə də ictimai qaydanın pozulması ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılıqdan ibarət məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-165/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-165/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver