Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-18/2023 16.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ X1 Əlisa oğlunun sədrliyi, X2 Ramiz oğlunun katibliyi ilə, xx xxxx 1992-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Füzuli rayonu, Mahmudlu-1 kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə Bakı şəhər Baş Polis idarəsi X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhər Baş Polis idarəsi X2 İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə 15 noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və ondan hər hansı vəsatət daxil olmamışdır. Buna görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xətadır. İş materiallarında olan, Bakı şəhər DYPİ YPX-nin inspektoru tərəfindən qəbul edilmiş 12 iyul 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və digər sənədlərin surətlərindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində 11 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, 60 manat məbləğində inzibati cərimə və 36 manat məbləğində dəbbə pulu təyin edilmiş, ona həmin cərimə və dəbbə pulunun ödənilməsi müddəti, yeri, qaydası və vaxtında ödənilməməsinin məsuliyyəti bildirilsə də, o, həmin cərimə və dəbbə pulunu ödəməməklə göstərilən inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Beləliklə də, Şəxs göstərilən əməlində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin «Qeyd» hissəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarında olan elektron portal şıxarışından görünür ki, Şəxs 11 iyul 2022-ci il tarixli, İXP ******* nönmrəli inzibati xəta haqqında protokol üzrə barəsində təyin edilmiş 60 manat məbləğində inzibati cərimə və 36 manat məbləğində dəbbə pulunu iş üzrə məhkəmə qərarının qəbul edilməsinədək tamamilə ödəmişdir. Məhkəmə buna görə də hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 105 və 529-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-18/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-18/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver