Məhkəmə qərarları › İş №3(064)-185/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-185/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-185/2025 17.03.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ X3 Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Füzuli Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin (bundan sonra – Füzuli RPŞ YPX) baş inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli RPŞ YPX-nin polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:10-da “VAZ 2106 minik” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində sürücülük vəsiqəsi olmadığına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də Füzuli RPŞ-nin YPX-nin baş inspektoru, polis kapitanı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin YPX-nin baş inspektoru, polis kapitanı X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, bilir ki, sürücülük vəsiqəsi olmadığına görə nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. O, xx.xx.2025-ci il tarixdə saat 22:10-da idarə etdiyi “VAZ 2106 minik” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli rayonu, Əhmədbəyli ərazisində sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə, polis əməkdaşları onun idarə etdiyi avtomobili saxlamışlar. Polis əməkdaşları onu sərxoş vəziyyətdə olmasına görə “alkotestr” vasitəsilə müayinə etmiş və onun spirtli içki qəbul etməsini müəyyən etmişlər. O, bu halla razılaşmış, buna görə də sərxoşluq halının müəyyən edilməsi üçün həkim müayinəsindən keçməkdən imtina etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Buna görə də barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş qəbzdən görünür ki, Şəxs “alkotestr” vasitəsilə müayinə edilməsi zamanı qanında alkoqolun konsentrasiyasının 0,896 promilli olması müəyyən edilmiş, sonuncu həmin nəticə ilə razılaşaraq həkim müayinəsindən keçməkdən imtina etmişdir. Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokol, ona əlavə edilmiş qəbz və digər sənədlərlə tam sübuta yetirilmişdir. -Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi, həmin Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, şəxsiyyəti, əmlak vəziyyətini, səmimi peşimançılıq keçirməsini məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində həmin Məcəllənin 334.1-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 31-33, 106-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar