Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-19/2023 12.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, işləməyən, Füzuli rayonu,Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 12 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 04 və 06 yanvar 2023-cü il tarixlərdə Füzuli Rayon İcra Hakimiyyətinin (bundan sonra – Füzuli RİH) inzibati binası qarşısında olarkən Füzuli RİH tərəfindən mənzil-məişət problemlərinin həll edilməsinə nail olmaq məqsədilə qanunsuz olaraq özü ilə gətirdiyi plastik qabda olan benzini üzərinə töküb özünü yandırmağa cəhd etməsi və mühafizəçilər tərəfindən qarşısının alınması nəticəsində Füzuli RİH aparatının iş rejimini, beləliklə də ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Buna görə də Füzuli RPŞ-nin polis sahə rəisi X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 12 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 04 və 06 yanvar 2023-cü il tarixlərdə Füzuli RİH-nin inzibati binası qarşısında olarkən mənzil-məişət problemlərinin həll edilməsinə nail olmaq məqsədilə özü ilə gətirdiyi plastik qabda olan benzini üzərinə tökmüş, özünü yandırmaq üçün kibriti alışdırmaq istəyərkən mühafizəçilər tərəfindən qarşısı alınmışdır. Hər dəfə hadisə yerinə Füzuli RİH-nin bir neçə nəfər əməkdaşları da gəlmişlər. Törətdiyi həmin əməllərindən peşimandır. Buna görə də məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli RİH-də baş məsləhətçi vəzifəsində işləyən X6 və X1, şöbə müdiri vəzifəsində işləyən X9, Beyləqan Rayonlararası Mühafizə Şöbəsində mühafizəçi vəzifəsində işləyən X5 verdikləri izahatlarında işin halları barədə Şəxs ilə eyni məzmunda göstərmişlər. Məhkəmə iclasında müdafiəçi Vəkil Şəxs iş üzrə törətdiyini etiraf etdiyi əməllərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin yaranmamasına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş 04 və 06 yanvar 2023-cü il tarixli aktlarda həmin tarixlərdə Şəxs Füzuli RİH-nin inzibati binası qarşısında olarkən özü ilə gətirdiyi plastik qabda olan benzini üzərinə töküb özünü yandırmağa cəhd etdiyi və mühafizəçilər tərəfindən qarşısının alınması nəticəsində Füzuli RİH aparatının iş rejimini pozduğu göstərilmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, şahid qismində dindirilmiş şəxslərin verdikləri izahatları, iş materiallarında olan 04 və 06 yanvar 2023-cü il tarixli aktlar, inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. - Füzuli RİH aparatının iş rejiminin, beləliklə də ictimai qaydanın pozulması ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İş materiallarında olan İ-*** nömrəli “Azərbaycan Respublikası medalının vəsiqəsi”nin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, ***s nömrəli Sərəcamı ilə Şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmasını isə həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığı və İkinci Qarabağ müharibəsinin iştirakçısı olmasından ibarət məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində cərimə növündə inzibati tənbehin ən aşağı həddə tətbiq edilməsi kifayətdir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aqil Musayev
Məhkəmə qərarları › İş №3(064)-19/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-19/2023
12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver