Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-193/2023 18.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis baş leytenantı X1 və barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Füzuli rayonu Qayıdış- 5 qəsəbə tam orta məktəbində müəllim işləyən, İİ qrup əlil, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 206-cı maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra - Füzuli RPŞ) daxil olmuş 18 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 17 fevral 2023-cü il tarixdə axşam saatlarında Füzuli rayonu, Qayıdış qəsəbəsi ərazisində satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,84 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı (bundan sonra – qurudulmuş marixuana) şəxsi istehlak miqdarında əldə etmiş, daşımışdır. Həmin kütlə 19 fevral 2023-cü il tarixdə sonuncunun idarə etdiyi “Toyota Corolla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə Füzuli RPŞ-də baxış keçirilərkən ön qapısının iç cibindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Buna görə də Füzuli RPŞ-də istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 19 aprel 2023-cü il tarixli qərarla müəyyən edilmiş işin faktiki halları əsasında Füzuli RPŞ-nin polis sahə rəisi, polis baş leytenantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 18 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə sonuncunun Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iş üzrə inzibati xəta haqqında protokol tərtib edən RPŞ-nin polis sahə rəisi, polis baş leytenantı X1 bildirdi ki, 19 fevral 2023-cü il tarixdə Şəxs idarə etdiyi “Toyota Corolla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə Füzuli RPŞ-də baxış keçirilərkən ön qapısının iç cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,84 qram təşkil edən, yəni şəxsi istehlak miqdarında qurudulmuş marixuana aşkar edildiyinə görə sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, əvvəllər qurudulmuş marixuanadan istifadə etmişdir. 19 fevral 2023-cü il tarixdə idarə etdiyi “Toyota Corolla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə Füzuli RPŞ-də baxış keçirilərkən ön qapısının iç cibindən bir ədəd kibrit qutusunda aşkar edilmiş, təmiz çəkisi 0,84 qram təşkil edən qurudulmuş marixuananı 17 fevral 2023-cü il tarixdə axşam saatlarında Füzuli rayonu, Qayıdış qəsəbəsi ərazisində qabaqcadan X2 ilə əldə etdikləri razılığa əsasən sonuncudan şəxsən istifadə etməsi məqsədi ilə, gələcəkdə verəcəyi 35 manat məbləğində pul müqabilində nisyə qaydada əldə etmişdir. Törətdiyi həmin əməldən səmimi peşimandır. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - “Avtomobilə baxış keçirilməsi barədə” 19 fevral 2023-cü il tarixli protokolda göstərilmişdir ki, həmin tarixdə Şəxs idarə etdiyi “Toyota Corolla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə Füzuli RPŞ-də baxış keçirilərkən ön qapısının iç cibindən bir ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. - məhkəmə-bioloji ekspertizasının 19 fevral 2023-cü il tarixli, 18/196 nömrəli rəyində göstərilmişdir ki, üzərində “Şəxs avtomobilindən ...” sözü yazılmış zərfdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,84 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - “Sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında” 19 aprel 2023cü il tarixli qərarın surətindən görünür ki, Füzuli RPŞ-də istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Şəxs məhkəmənin müəyyən etdiyi məzmunda əməl törətməsi barədə nəticəyə gəlindiyinə görə sonuncu barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün həmin qərarın surəti Füzuli RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. İş üzrə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edilməsinə, daşınmasına görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edildiyi göstərilmiş sənədlərlə tam sübuta yetirilmişdir. - əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İş materiallarında olan 067051 nömrəli vəsiqənin surəti və elektron məhkəmə portalından əldə edilmiş məlumatdan görünür ki, Şəxs İİ qrup əlildir, Füzuli rayonu Qayıdış-5 qəsəbə tam orta məktəbində müəllim işləyir, 274,6 manat məbləğində əmək haqqı alır. Məhkəmə Şəxs səmimi peşmançılığını və İİ qrup əlil olmasını Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, onun şəxsiyyəti, əmlak vəziyyəti, törətdiyi əməldən səmimi peşmançılıq keçirməsi və İİ qrup əlil olmasından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-193/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-193/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver