Məhkəmə qərarları › İş №3(064)-205/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-205/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-205/2023 22.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X5, zərərçəkmiş şəxslər X10, X16, X6, X2, X19 və X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1979-cu il tarixində Füzuli rayonu, Dilağarda kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olan Şəxsnın barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işlərə baxaraq, m ü ə y y ə n e t d i: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixində Füzuli rayonu, 10 saylı Qayıdış qəsəbə sakini X14 işə düzəldəcəyini vəd edərək zərərçəkmiş şəxsin 50 manat pulunu ələ keçirmişdir. xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixində Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini X1 işə düzəldəcəyini vəd edərək zərərçəkmiş şəxsin 50 manat pulunu ələ keçirmişdir. xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixində Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini X3 işə düzəldəcəyini vəd edərək zərərçəkmiş şəxsin 100 manat pulunu ələ keçirmişdir. xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixində Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini X12 işə düzəldəcəyini vəd edərək zərərçəkmiş şəxsin 100 manat pulunu ələ keçirmişdir. xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixində Füzuli rayonu, 3 saylı Qayıdış qəsəbə sakini X7 işə düzəldəcəyini vəd edərək zərərçəkmiş şəxsin 200 manat pulunu ələ keçirmişdir. xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixində Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini X20 və X4 işə düzəldəcəyini vəd edərək zərərçəkmiş şəxsin 300 manat pulunu ələ keçirmişdir. Qeyd olunan inzibati xəta haqqında işlər bir icraatda baxılmaq üçün birləşdirilmişdir. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X13 bildirdi ki, Füzuli RPŞ TB-nin təhqiqatçısı X9 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Şəxs barəsində AR İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxslər X10, X16, X6, X2, X19 və X20 bildirdilər ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onları aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirmiş və onlara qarşı xırda talama inzibati xətasını törətmişdir. Hazırda vurulmuş ziyan ödənildiyindən Şəxsla barışmışlar və ona görə də, işə xitam verilməsini xahiş edirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 227-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, zərərçəkmiş şəxslər X10, X16, X6, X2, X19 və X15 aldadaraq onların müxtəlif məbləğlərdə pullarını ələ keçirmişdir. Lakin hazırda vurulmuş ziyanı ödəmiş və zərərçəkmiş şəxslərlə barışmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Füzuli RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, AZA№002584 inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində göstərilir ki, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsində deylir ki, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs vurduğu ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə barəsində AR İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 53, 106-115 və 227-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işlər üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar