Məhkəmə qərarları › İş №3(064)-213/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-213/2024

06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-213/2024 06.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ X4 Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqənda protokol tərtib etmiş şəxs Füzuli Rayon Polis Şöbəsinin polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Füzuli rayonu, Mahmudlu-2 kəndində doğulmuş, həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, subay, Füzuli rayonu, Mahmudlu-2 kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 327.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş 05 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 05 aprel 2024-cü il tarixdə saat 21:40 radələrində mülkiyyətində olan “VAZ 21.06” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də Füzuli Rayon Polis Şöbəsinin polis mayoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 327.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 05 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli Rayon Polis Şöbəsinin polis mayoru X2 tərtib etdiyi 05 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, sürücülük hüququ olmadan 05 aprel 2024-cü il tarixdə saat 21:40 radələrində “VAZ 21.06” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsində idarə edərkən “MERCEDES BENZ C180” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Tibbi müayinə nəticəsində hadisə zamanı sərxoş olması aşkar edilmişdir. Törətdiyi əməldən səmimi peşimandır. İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Buna görə də barəsində daha yüngül inzibati tənbeh növünün seçilməsini xahiş etmişdir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş 02 aprel 2024-cü il tarixli, 168 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə aktın surətində görünür ki, Şəxs hadisə zamanı sərxoş halda olmuşdur. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş 06 aprel 2024-cü il tarixli, 049 nömrəli ziyan aktın surətində görünür ki, “MERCEDES BENZ C180” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3214 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş arayışdan müəyyən olunur ki, Şəxs sürücülük hüququ olmamışdır. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş vəsiqənin surətindən müəyyən olunur ki, İbişli X3 Qarabağ müharibəsinin iştirakçısıdır. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edildiyi göstərilmiş sənədlərlə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 327.1 və 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iş üzrə 05 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs həm də Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilsə də, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsində şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılması üçün bunun eyni orqanın səlahiyyətinə aid olması tələb edildiyinə, eləcə də həmin Məcəllənin 43-cü maddəsində 334.3-cü maddədə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilsə də, 327.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilmədiyinə, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid edildiyinə görə iş üzrə inzibati xəta haqqında protokolun Şəxs həm də Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı hissəsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün deyildir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmasını isə həmin məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi, həmin Məcəllənin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, şəxsiyyəti, əmlak vəziyyətini, səmimi peşmançılığından və İkinci Qarabağ müharibəsinin iştirakçısı olmasından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində həmin Məcəllənin 334.3-cü maddəsi ilə 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 31-33, 106- 115-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar