Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-217/2023 05.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Füzuli rayonu, Dilağarda kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olan və Füzuli rayonu, Zobucuq-2 qəsəbəsi, ev 435-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə Füzuli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Füzuli rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X2 09 mart 2023-cü il tarixdə saat 12 radələrində idarə etdiyi özünə məxsus “Hyundai Elantra” markalı, ** UX *** dövlət nömrə nişanlı avtomobillə Hacıqabul-Micivan yolunun Füzuli rayonu, Araz Dilağarda kəndi ərazisindən keçən 145-ci km-də hərəkətdə olan sola dönmə işığını yandırıb gözləyərkən onunla eyni istiqamətdə ondan arxada “Mercedes benz-200” markalı ** VZ *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan Şəxs onunla arxa hissədə toqquşmuş, həmin vaxt hər iki avtomobildən arxada eyni istiqamətdə hərəkətdə olan və ötmə əməliyyatı aparan Məmmədov Rəmal ilham oğlunun idarə etdiyi “Azerconnes” Mİ..C-İH mülkiyyətində olan “Mitsubişi L200” markalı ** PU *** dövlət nömrə nişanlı avtomobil toqquşma nəticəsində ötmə zolağına çıxan “Hyundai Elantra" markalı avtomobilin sol qabaq hissəsi ilə toqquşmuş, nəticədə “Mitsubişi L200" markalı avtomobildə olan sərnişin X1 müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli MRX-yə müraciət etmişdir. Füzuli RPŞ İB-nin rəsi S.Ağalarov tərəfindən sürücü Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş və xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbirlər görülməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək inzibati qaydada cərimələnməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddasinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İXM-in 32.1.1 və 32.2-ci maddələrinə əsasən, onun ilk dəfə inzibati xəta törətməsini, səmimi peşmançılığını inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, törədilmiş xətanın xarakterini, onun şəxsiyyətini, davranışını və məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 357, 360, 362-365, 371, 425-427, 430-432-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs oğu Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026-315)51-82 Horadiz şəhəri İş № 3(064)-217/2023 xx.xx.2023-cü il Füzuli rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Zaur Abbasova Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(064)-217/2023 saylı inizbati xəta haqqında iş üzrə qərarı sizə göndərilir. Qoşma: qərar 01 vərəqdə. Hakim: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-217/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-217/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver