Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-219/2025 14.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi vəkil Qanuni nümayəndə iştirakları ilə xx xxxxxxx 1966-cı il tarixdə Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Yuxarı Veysəlli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilib ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanına nalayiq söyüşlər söyərək mübahisə etmiş və hadisə yerindən uzaqlaşıb qaçmış, onun yaşadığı qəsəbə ərazisində saxlayarkən eyni hərəkətləri davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin polis leytenantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis leytenantı X3 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları “Vaz 21011” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəliyyat vasitəsininin yük yerinin açıq olması və yük yerində hərbiyə aid əmlakın olmasını görüb nəqliyyat vasitəsini saxladıqda özlərini təqdim etmişlər, lakin sürücü Şəxs nalayiq ifadələr işlədərək mübahisə etməyə başlamış və əməkdaşlar onu Şöbəyə gətiməyə çalışarkən o, maşına minərək uzaqlaşmışdır. Daha sonra polis əməkdaşları əlavə dəstək çağıraraq onu saxlayıb Şöbəyə aparmışlar. Bu zaman da o, öz hərəkətlərini davam etdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə maddi imkanı zəif olduğuna görə Füzuli rayonu, Zobucuq qəsəbəsində yerləşən yaşadığı evin həyətində bir neçə metal tullantılarını metal qəbulu yerinə satmaq məqsədilə “Vaz 21011” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəliyyat vasitəsininin yük yerinə yığıb həmin ünvana gedərkən Diaqnostika Mərkəzinin yaxınlığında yolda arxadan gələn avtomobil ona işarə etmiş, avtomobili yolun kənarında saxladıqdan sonra 2 nəfər tanımadığı adam ona yaxınlaşaraq açıq qalmış yük yerində olan metal tullantılar barədə soruşmuşlar. O, suallara cavab verməyərək həmin ərazidən uzaqlaşmışdır. Hadisədən sonra həmin gün polis əməkdaşları yaşadığı evə gələrək onu Şöbəyə aparıblar. Həmçinin bildirir ki, həmin metal tullantıları 2 il qabaq tanımadığı şəxsdən almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Qanuni nümayəndə Şəxs ilə eyni məzmunlu izahat verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X2 ifadə verən bildirdi ki, DOST iş mərkəzində küçələrin təmizlənməsi işi ilə məşğuldur. İşdən qayıdan zaman polis əməkdaşlarının özünü təqdim edərək Şəxs polis şöbəsinə getməsini tələb etdiklərini, sonuncunun isə maşına oturaraq oradan uzaqlaşdığının şahidi olduğunu bildirdi. Məhkəmə iclasında Şahid2 şahid X2 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası İXM-in: - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası İXM-in: - 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. - 43-cü maddəsinə əsasən həmin Məcəllənin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, məhkəmə iclasında və Füzuli RPŞ-də özünün verdiyi izahatları ilə yanaşı, X2 və Şahid2 şahid qismində verdikləri ifadələri, iş materiallarında olan inzibati xəta haqqında protokol, “Vaz 21011” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəliyyat vasitəsininin yük yerində olan metal tullantıların fotoşəkilləri və digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, Məhkəmə hesab edir ki, o, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Bununla yanaşı, Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə dair inzibati xətanın tərkib əlamətləri olmadığından bu maddə ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olundu ki, Şəxs hadisə zamanı xırda xuliqanlıq hərəkətlərinə yol verməmiş, yalnız polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, onun əməllərində AR İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından Məhkəmə onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verməyi əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsində qeyd olunur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayətdir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 510-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-219/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-219/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver