Məhkəmə qərarları › İş №3(064)-227/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-227/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-227/2024 18.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, Füzuli RPŞ-dən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 332.2-ci və 342.9-cu maddələri ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına baxaraq MÜƏYYƏNETDİ: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da “X2” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-in 332.1-ci, 332.2-ci və 342.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Həmin inzibati xəta haqqında protokola əlavə edilmiş arayışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da idarə etdiyi “X2” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobillə Mincivan-Hacıqabul avtomobil yolunun 148-ci km-də hərəkətdə olarkən saxlanılmış və həmin tarixdə BDYPİ X1 yoxlanılan zaman onun istifadəsində olan nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriyası olmamışdır. Həmin inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunan inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edirəm ki, protokol icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 43-cü maddəsinə əsasən, AR İXM-in 332.1-ci və 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq səlahiyyəti məhkəmələrə aid edilməmişdir. Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində qeyd olunur ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə -inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 26.2-ci maddəsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. AR İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İş materiallarından görünür ki, müsadirə edilməli inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet təqdim edilməmişdir. Belə olan halda inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 03 may 2019-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəımə, beləliklə də, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXMin 109-cu maddəsini rəhbər tutaraq QƏRARAALDİ: Füzuli RPŞ-dən Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialı icraata götürülmədən geri qaytarılsın. Bu qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar