Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-243/2024 24.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Füzli şəhəri, M.saleh küçəsi 10 ünvanında qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Mahmudlu-2 kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon İcra və Probasiya Şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş 23 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 23 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(064)-1371/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2(064)-1433/2023 saylı və xx.xx.2023-cü il tarixli, 2(064)-154/2023 saylı icra sənədlərinin icrası ilə əlaqədar Füzuli RİP-nin icra məmuru X1 qanuni tələblərini yerinə yetirmədiyi göstərilmişdir. Buna görə də Füzuli RİP-nin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 23 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİP-nin icra məmuru X2 verdiyi izahatında bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-1371/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2(064)-1433/2023 saylı və xx.xx.2023-cü il tarixli, 2(064)-154/2023 saylı icra sənədlərinə əsasən Şəxs (bundan sonra - borclu) cəmi 10120 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədləri 04 avqust 2023-cü il, 14 avqust 2023-cü il və 30 avqust 2023-cü il tarixdə Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərarlar məhkəməyə və tələbkara, tələbin könüllü icrası haqqında bildirişlər icra olunması üçün borcluya göndərilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkar Zərərçəkmiş şəxs xeyrinə borcundan cəmi 700 manat pul ödəmişdir. Bu səbəbdən də məhkəmə qətaməsinə əsasən olan borcunu bu günədək tam ödətdirmək mümkün olmamış və sözügedən icra sənədləri icrasız qalmışdır. Göstərilənlərə əsasən 23 aprel 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, hazırki vaxta kimi məhkəmə qətnaməsi üzrə olan borcunu maddi imkanı olmadığı üçün tam ödəyə bilməmişdir. İcra vərəqəsi üzrə ödənilməmiş cəmi 9420 manat borcdan tələbkarın xeyrinə 2700 manat pul ödəyəcəyini bildirmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs verdiyi izahatında bildirmişdir ki, Şəxs ilə öz aralarında razılığa gəlmişlər və borclu borcunun bir hissəsini ödəmişdir. Buna görə də onun barəsində olan inzibati materialın icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, borclu Şəxs Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(064)-1371/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2(064)-1433/2023 saylı və xx.xx.2023-cü il tarixli, 2(064)- 154/2023 nömrəli icra vərəqələrinə əsasən tələbkar Zərərçəkmiş şəxs olan borcundan 2700 manat pul ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şəxs mülkiyyətində daşınar və ya daşınmaz əmlak yoxdur, həmçinin əmək müqaviləsi üzrə heç bir yerdə işləmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını nəzərə alaraq, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərin surətləri və işdə iştirak edən şəxslərin izahatlarından müəyyən olunur ki, borclu Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-1371/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2(064)-1433/2023 saylı və xx.xx.2023-cü il tarixli, 2(064)-154/2023 nömrəli icra vərəqələri üzrə öhdəliyini yetərli əmlak vəziyyətinin olmaması səbəbindən yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsini təsdiq edən sübutlar icra məmuru tərəfindən məhkəməyə təqdim olumamış, məhkəmə qərarını icra etməməsi onun maddi durumu ilə bağlıdır. Həmçinin tələbkar da borclu ilə hissə-hissə ödənişə razılaşmış və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-243/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-243/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver