Məhkəmə qərarları › İş №3(064)-249/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-249/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-249/2023 08.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Füzuli RPŞ-nin polis sahə rəisi polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Füzuli rayonu, Qarğabazar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, həmin ünvanda qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Zobucuq- 4 qəsəbəsi, ev 346da yaşayan Şəxs barələrində Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində sərxoş vəziyyətdə Füzuli rayonu, Alıxanlı kəndində yerləşən stasionar polis postunda uca səslə nalayiq söyşlər söyərək onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi polis leytenantı X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində sərxoş vəziyyətdə Füzuli rayonu, Alıxanlı kəndində yerləşən stasionar polis postunda uca səslə nalayiq söyşlər söyərək postun iş rejimini pozmuş və bu zaman onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Füzuli rayonu, Zobucuq qəsəbəsindən Tərlanla birlikdə Füzuli rayonu Alıxanlı kəndində yerləşən posta getmişlər və maşında əyləşən iki nəfər hərbiçini düşürdüb qayıdanda əlverişli yerdən dönmək istiyəndə polis əməkdaşaları buna etiraz etmişlər və bu zaman polis əməkdaşalrı ilə aralarında mübahisə düşmüşdür. Həmin vaxt maşını Tərlan edarə etmişdir. Sonra polis əməkdaşları onu Füzuli RPŞ-ə dəvət etmişlər. Şahidlər Füzuli RPŞ PPXB-nin əməkdaşları polis serjantı X3 və polis baş serjantı X4 bildirdilər ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Füzuli rayonu, Alıxanlı kəndində yerləşən stasionar polis postunda xidmətdə olarkən şəxsiyyətlərini sonradan müəyyənləşdirdikləri X5 və Şəxs posta yaxınlaşmışlar. Həmin şəxslərin işğaldan azad edimiş ərazilərə keçmək icazələrinin olub-olmadığı yoxlanılarkən icazələrinin olmadığı müəyyənləşdirilmişdir. Həmin şəxslərə icazələri olmadığı üçün buraxılmayacaqları bildirilsə də onlar polis postunda uca səslə nalayiq söyüşlər söyərək təxminən 30-40 dəqiqiə iş rejimini pozdular və bu zaman onları nizam-intizama dəvət edən polislərin qanuni tələblərinə tabe olmamışlar. Sonra onlar bu barədə raportla Füzuli RPŞ-nin rəisinə məlumat vermişlər. İnzibati xəta haqqında iş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 450 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti vardır. X5 özünü AR İXM-in müvafiq maddələri ilə təqsirli bilməsə də məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən Füzuli RPŞ PPXB-nin əməkdaşlarının izahatları və digər iş materialları ilə onun Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in: 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsində göstərilir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə törədilmiş digər inzibati xətalarıın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər hallarını nəzərə alaraq Şəxs təqsirli bilindiyi İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Şəxs eyni vaxtda bir neçə inzibati xətanı törətməsi onu deməyə əsas verir ki, o, hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə 5 (beş) gün müddətinə və Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs edilsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən, Şəxs daha ciddi xəta olan Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs təyin edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən saat 16:50-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli rayon PŞ-yə və Beyləqan rayon PŞ MSY-ə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar