Məhkəmə qərarları › İş №3(064)-251/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-251/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-251/2023 23.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsi (bundan sonra – Füzuli RPŞ) tərəfindən toplanmış inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC mülkiyyətində olan “JAC PİCKUP” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili 12 may 2023-cü il tarixdə saat 19:32-də Azərbaycan Respublikası İXMin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqan olan Füzuli RPŞ-yə müvafiq sorğunun daxil olduğu 23 may 2023-cü il tarixdən 5 gün müddətində verməmişdir. Buna görə də Füzuli RPŞ tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə 04 iyun 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, gəlməmiş, məhkəməyə bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Füzuli RPŞ 06 aprel 2022-ci il tarixli məktubla "xxxx" MMC-yə müraciət edərək, mülkiyyətində olan “JAC PİCKUP” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili 12 may 2023-cü il tarixdə saat 19:32-da Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı 5 gün müddətində göndərməsini xahiş etmiş, "xxxx" MMC-ni əks halda Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdar etmişdir. SS824277767AZ nömrəli xəbərnaməyə əsasən həmin məktub 23 may 2023-cü il tarixdə poçt orqanı tərəfindən "xxxx" MMC-nin müvafiq işçisinə imza etdirilməklə təqdim edilsə də, "xxxx" MMC müvafiq məlumatı Füzuli RPŞ-yə göndərməmişdir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, "xxxx" MMC-nin iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Buna görə də "xxxx" MMC həmin inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə "xxxx" MMC-nin əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsində göstərilən halları nəzərə alaraq, göstərlənlərə əsasən hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar