Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-253/2023 09.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ YPX-nin inspektoru polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Füzuli rayonu, Horadiz şəhəri, S.Vurğun küçəsi ev 30-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1, 332.1 və 334.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: 09 iyun 2023-cü il tarixli, İXP №5472193 saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs avtomobili etibarnamə olmadan və sürücülüq hüququ olmadan sərxoş halda idarə etmiş və Azərbaycan Respublikası İXM-in 332.1-ci, 334.3-cü və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında: Füzuli RPŞ YPX-nin inspektoru polis mayoru X3 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə işlədiyi təmir sexində olarkən Ülvi Nəsirov adlı müştəri özünə məxsus olan “Mercedes-Benz 190” markalı, **-RP-*** nömrəli avtomobilini təmir üçün onun sexində qoyub çıxıb getmişdir. Avtomobil onun yanında 1 gün qaldıqdan sonra Şəxs avtomobili təmir etmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 18:00 radələrində avtomobilin sazlığını yoxlamaq məqsədi ilə eləcə də Horadiz şəhərində işi ilə əlaqədar olaraq sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan avtomobilə minib idarə etmişdir. Şəxs həmin avtomobili Füzuli rayonu, Horadiz şəhəri 20 yanvar küçəsində idarə edərkən əks istiqamətdə nömrəsini görmədiyi başqa avtomobilin gəlməsini görüb avtomobilin sükanını sağa çəkmiş, lakin həmin vaxt avtomobil yolun kənarında olan su arxına düşmüşdür. Ona görə də, Şəxs barəsində AR İXM-in 332.1, 334.3-cü və 327.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. H.Şəmmədli həmçinin bildirdi ki, qeyd olunan avtomobilə maddi ziyan vurulmasına dair ziyan aktını əldə edə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Füzuli rayonu, Horadiz şəhərində yerləşən təmir sexində elektrik ustası işləyir. xx.xx.2023cü il tarixdə işlədiyi təmir sexində olarkən Ülvi Nəsirov adlı müştəri özünə məxsus olan “Mercedes-Benz 190” markalı, **-RP-*** nömrəli avtomobilini təmir üçün gətirib onun sexində qoyub çıxıb getmişdir. Avtomobil onun yanında 1 gün qaldıqdan sonra o, avtomobili təmir etmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 18:00 radələrində avtomobilin sazlığını yoxlamaq məqsədi ilə sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan avtomobilə minib onu idarə etmişdir. Həmin avtomobillə Füzuli rayonu, Horadiz şəhəri 20 yanvar küçəsində olarkən əks istiqamətdə nömrəsini görmədiyi avtomobil gəlməsini görüb avtomobilin sükanını sağa çəkmiş, lakin həmin vaxt avtomobil yolun kənarında olan su arxına düşmüşdür. Zərərçəkmiş şəxs hazırda ondan şikayətçi deyil. Zərərçəkmiş şəxs X2 bildirdi ki, onun avtomobilinə hansı məbləğdə maddi ziyan dəydiyini dəqiq bilməsə də hazırda Şəxs şikayətçi deyil. İnzibati xəta haqqında materiala əlavə edilmş: xx.xx.2023-cü il tarixli, 453 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti vardır. xx.xx.2023-cü il tarixli, 02595 protokollaşdırmadan görünür ki, Şəxs aşkar edilmiş alkoqolun miqdarı 2.888%-dir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Mercedes-Benz 190” markalı, **-RP-*** nömrəli avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, Şəxs barəsində həm də AR İXM-in 334.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Lakin iş materiallarına zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına dair mötəbər sübutlar (ekspert və mütəxəssis rəyləri) əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-in: 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 334.1-ci maddəsində qeyd olunur ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 334.3-ci maddəsində göstərilir ki, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. AR İXM-də şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda həmin şəxsin daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməsi nəzərdə tutulmuşdur. Lakin Şəxs barəsində AR İXM-in 327.1, 332.1 və 334.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, bunlardan da yalnız 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmənin səlahiyyətinə aiddir. Lakin İXMdə bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda (əgər bu əməllərə görə işlərin baxılması eyni orqana aid deyilsə) bu əməllərin daha ciddi inzibati xəta ilə əhatələnməsi halı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, «…inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin….». Odur ki, məhkəmə hazırki iş üzrə AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını və həmin qərarda ifadə olunmuş hüquqi mövqeyini rəhbər tutaraq məhkəmə baxışının hədlərindən bəhs edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş müddəalarına isnad edilməsini qanunamüvafiq hesab edir. Belə ki, adı şəkilən normada göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə bu normadan yararlanaraq belə yekun qərara gəlir ki, Şəxs barəsində AR İXM-in 327.1, 332.1 və 334.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan 327.1 və 332.1-ci maddələri xaric edilməli, həmçinin onun əməli İXM-in 334.3-cü maddəsindən həmin Məcəllənin 334.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs eyni vaxtda bir neçə inzibati xətanı törətməsi onu deməyə əsas verir ki, o, hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, onun barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması şəxsiyyətinə uyğundur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30-34, 106- 115 və 535.1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1, 332.1 və 334.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan Azərbaycan Respublikası İXM-in 327.1 və 332.1-ci maddələri xaric edilsin. Şəxs əməli Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsindən həmin Məcəllənin 334.1-ci maddəsinə tövsif edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il saat 17:40-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli RPŞ və Beyləqan RPŞ MSY-ə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-253/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-253/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver