Məhkəmə qərarları › İş №3(064)-254/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-254/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-254/2023 12.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Ağdam rayonu, Çəmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, Şuşa rayonu, Qaladərəsi kəndində qeydiyyatda olan, Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra - Füzuli RPŞ) daxil olmuş 12 iyun 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs sürücülük vəsiqəsi olmadığına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda, 12 iyun 2023-cü il tarixdə saat 00:20 radələrində “VAZ-21070” markalı, **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli rayonu Alıxanlı kəndi ərazisində sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də Füzuli rayonu YNH-nin baş inspektoru, polis baş serjantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 12 iyun 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, sürücülük vəsiqəsi olmadığına görə nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. 12 iyun 2023-cü il tarixdə saat 00:20 radələrində “VAZ-21007” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli rayonu, Alıxanlı kəndi ərazisində sərxoş vəziyyətdə idarə etmişdir. Hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Törətdiyi həmin əməldən səmimi peşimandır. Məhkəmədən barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - 12 iyun 2023-cü il tarixli, 463 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında göstərilmişdir ki, tibbi müayinə zamanı Şəxs sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. - Füzuli RPŞ tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Azərbaycan Respublikası İXM-in 334.1.-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edildiyi göstərilmiş sənədlərlə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, sonuncunun şəxsiyyəti, əmlak vəziyyəti, səmimi peşmançılıq çəkməsindən ibarət məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar