Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-26/2025 12.03.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi ilə, Ebrahım Samadının AR ƏƏSMN DƏMX-nin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ebrahım Samadının AR ƏƏSMN DƏMX-nin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Füzuli Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri ilə əlaqədar sahibkarlığın inkişafına töhvə vermək, orada yaşayan əhalinin qida və qeyri-qida məhsullarına əlçatanlığının təmin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdən etibarən Füzuli şəhərində "xxxx" MMC-nin supermarketi fəaliyyət göstərir. Bununla əlaqədar səlahiyyətli dövlət orqanı ilə icarə müqaviləsi bağlanılmış və lazım olan bütün icazə və razılaşmalar əldə edilmişdir. AR ƏƏSMN DƏMX xx.xx.2024-cü il tarixdə X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini əsas gətirərək MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək İXM-nin 192.1-ci maddəsinə əsasən şikayətçinin barəsində 3000 manat məbləğində cərimə tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda “Qarabağ və X8 rayonlarına giriş informasiya sistemi” üzərindən əldə edilmiş məlumatlar əsasında X3 xx.xx.2024-cü il tarixdən, X1 xx.xx.2024cü il tarixdən əmək məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinin müəyyən oldnduğu göstərilmişdir. Bu faktın sadəcə “Qarabağ və X8 rayonlarına giriş “informasiya sistemi” üzərindən əldə edilmiş məlumatlar ilə təsdiq edilməsinin qeyd edilməsi inzibati orqan tərəfindən işin bütün faktiki hallarının araşdırılmadığı sübut edir. İnzibati Orqan- DƏMX iş materiallarına qeyd edilən şəxslərin "xxxx" MMC-də konkret olaraq hansı əmək funksiyanını yerinə yetirməsi, hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi, habelə onun əmək münasibətlərdinə daxil olması barədə sübut və sənədləri iş üzrə materiallara əlavə etməmişdir. Bu da onu göstərir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 Xidməti qeyd edilən halları araşdırmamış və sübuta yetirilməmişdir. X6 Xidməti İnzibati tənbeh vermə haqqında qərarında qeyd etdiyi şəxlərin hansı şirkətin əməkdaşı olduğunu araşdırmadan qərar qəbul etmişdir. X7 giriş icazəsinin alındığı dövrdə əmək müqaviləsinə əsasən "xxxx" MMC-nin əməkdaşı olmuşdur. Həmin şəxsə işçisi olduğu "xxxx" MMC-nin alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə satdığı məhsulları Füzuli şəhərində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus supermarketə çatdırmaq üçün işğaldan azad edilmiş ərazilərə daxil olmaqla bağlı icazə alınmışdır. Şəxsin "xxxx" MMC ilə olan əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən isə xitam verilmişdir. Bu hal isə inzibati orqan tərəfindən iş üzrə bütün mühüm əhəmiyyət kəsb edən bütün halların araşdırılmadığının digər bir sübutu kimi qiymətləndirilməlidir. İnzibati xəta haqqında protokolda digər şəxs olan X9 isə DƏMX-nin “Əmas” altsistemində və faktiki olaraq "xxxx" MMC-nin işçisi olduğu görünmür. Hər hansı rəsmi olmayan sənədlərə və ehtimallara əsasən şirkətə tənbeh tədbiq edilməsi qanunayğun deyildir. "xxxx" MMC həmin şirkətlərlə alqı-satqı müqaviləsi ilə əməkdaşlıq edir və "xxxx" MMC (satıcı) ilə bağlanılmış xx.xx.2024-cü il tarixli BTM/185/2024 saylı müqavilənin 14.3-cü maddəsində “satıcı” alıcının mağazasına təyin etdiyi işçilər ilə qanunvericiliyə müvafiq olaraq əmək müqaviləsi bağlamağa və bununla əlaqədar yarana biləcək problemlərə görə məsuliyyət daşıması qeyd edilmişdir. Şəxslərin başqa şirkətlərlə əmək müqaviləsinin olması, "xxxx" MMC-də heç bir əmək funksiyası yerinə yetirməməsi və işlərin görülməsinə cəlb edilməməsindən göründüyü kimi, X6 Xidmətinin inzibati tənbehvermə haqqında qərarında müəyyən edilən və İXM-nin 192.1 -ci maddəsində qeyd edilən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi mövcud deyildir. Həmin şəxslərin qanuni təmsilçisi olduğu "xxxx" MMC ilə heç bir əmək münasibətinə daxil olmamasına görə onun həmin şəxlərlə əmək müqaviləsi bağlamaq səlahiyyəti və buna görə məsuliyyət daşımaq halı müəyyən edilə bilməz. Başlanılmış inzibati icraatla əlaqədar olaraq onun iştirakı təmin olunmamışdır. Bununla əlaqədar olaraq DƏMX ilə əlaqə saxlanılsa da, hətta rəsmi mail vasitəsi ilə xx.xx.2024-cü il tarixində müraciət edilmiş və müraciətə cavab verilmədən onun iştirakı təmin ediməmiş, inzibati orqan bu hal ilə bağlı İXM-nin 61.3-cü maddənin tələblərini kobud şəkildə pozmuşdur. Şikayət vermiş şəxsə və qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AR ƏƏSMN DƏMX-nin rəis müavini X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, "xxxx" MMC-nin direktoru Ebrahım Samadı tərəfindən X9 xx.xx.2024-cü il tarixdən, X7 xx.xx.2024-cü il tarixdən əmək məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi üçün AR İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. - "xxxx" MMC ilə "xxxx" MMC (satıcı) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli BTM/185/2024 saylı müqavilə əsasında müəyyən olunur ki, tərəflər alqı-satqı müqaviləsi ilə əməkdaşlıq edir və “satıcı” alıcının mağazasına təyin etdiyi işçilər ilə qanunvericiliyə müvafiq olaraq əmək müqaviləsi bağlamağa və bununla əlaqədar yarana biləcək problemlərə görə məsuliyyət daşıyır. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 02-2024 saylı arayış əsasında müəyyən olunur ki, X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək müəssisədə Satış təmsilçisi vəzifəsində çalışmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4711/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından (həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2765/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır) görünür ki, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsi qərara alınmışdır. Həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o, portalda icazə alınan müddətdə "xxxx" MMC-nin işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən mağazalarına məhsul aparmalı idi, lakin o, həmin əraziyə daxil olmamış və daha sonra da işdən ayrılmışdır. X4 isə o, ümumiyyətlə tanımır. Bundan əlavə, portaldan icazə alınan digər şəxs X1 qeydiyyat ünvanına dəfələrlə bildiriş göndərilmiş, həmçinin elektron sistemdən onun adına olan mobil nömrələrin siyahısı çıxarılmı. Və həmin nömrələrə dəfələrlə zəng edilməsinə baxmayaraq, X7 telefon zənglərinə cavab verməmiş və məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə şikayət verən şəxsin ərizəsini, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Ebrahım Samadının İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmasına dair AR ƏƏSMN DƏMX-nin rəis müavini X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ebrahım Samadı barəsində inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərkən inzibati xəta haqqında qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamışdır. X6 Xidməti tərəfindən əldə edilmiş məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, vətəndaşlar X3 və X1 izahatı alınaraq zəruri araşdırma aparılmamış, həmin şəxslərlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında hər hansı bir əmək münasibətinin yaranıbyaranmaması dəqiqləşdirilməmişdir. Bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. X6 Xidməti tərəfindən əldə edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" MMC tərəfindən məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Azərbaycan Respublikası İXM-nin: - 3-cü maddəsində göstərilir ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 75-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar sırasında həmin məcəllənin 75.0.1-ci maddəsində öz əksini tapan inzibati xəta hadisəsinin (inzibati xəta törədilmişdirmi) olmasıdır. -134.1.4-ci maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda məhkəmə qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. -135-ci maddəsində mövcud olan inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasında həmin məcəllənin 135.1.1-ci maddəsində göstərilən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Beləliklə, müəyyən olunmuşdur ki, Ebrahım Samadının İXM-nin 192.1-ci maddəsilə xx.xx.2024-cü il tarixdə 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilməsinə səbəb olmuş əməlin faktiki halları səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən ətraflı araşdırılmamışdır. Belə olan halda, Ebrahım Samadı barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən verilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 75, 76, 83, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. AR ƏƏSMN DƏMX-nin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-26/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-26/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver