Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-27/2023 27.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsi (bundan sonra – Bakı ŞBPİ DYPİ) Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə 21 noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İXM-in: - 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 105.1.-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarında olan: - Bakı ŞBPİ DYPİ-nin əməkdaşının tərtib etdiyi inzibati tənbeh vermə haqqında 16 iyul 2022-ci il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.2 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində 60 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İş üzrə 21 noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol sonuncunun həmin cəriməni ödəməməsinə görə tərtib edilmişdir. - AZ-İİ seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs 06 noyabr 2022-ci il tarixdə ölmüşdür. Məhkəmə göstərilən qanunvericilik normaları və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, Şəxs ölməsindən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməzdi. Bakı ŞBPİ DYPİ Şəxs 06 noyabr 2022-ci il tarixdə ölməsindən sonra barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə 21 noyabr 2022-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etməklə Azərbaycan Respublikası İXM-in 53.1.8-ci maddəsinin tələbini pozmuşdur. Buna görə də hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53 və 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aqil Musayev
Məhkəmə qərarları › İş №3(064)-27/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-27/2023
27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver