Məhkəmə qərarları › İş №3(064)-273/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-273/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-273/2023 05.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Füzuli rayonu, Aşağı Güzlək kəndində qeydiyyatda olan və Füzuli rayonu, Qayıdış-2 qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i: xx.xx.2023-cü il tarixli, MN №1628100 saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixində Zərərçəkmiş şəxs məxsus “VAZ-2106” markalı, Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsini sındıraraq həmin şəxsə 90 manat maddi zərər yetirmişdir. Məhkəmə iclasında: Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixində ona məxsus “VAZ-2106” markalı, Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsini sındıraraq həmin şəxsə 90 manat maddi zərər yetirmişdir. Hazırda Şəxs dəymiş ziyanı ödədiyindən onunla barışmışdır. Ona görə də, şikayətçi deyil. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixində Zərərçəkmiş şəxs məxsus “VAZ-2106” markalı, Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsini sındıraraq həmin şəxsə 90 manat maddi zərər yetirmişdir. Hazırda vurduğu ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. İş materiallarına əlavə edilmiş 06 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Füzuli rayon X1 Təhlükəsizlik bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində göstərilir ki, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsində deylir ki, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs vurduğu ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə barəsində AR İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 53, 106-115 və 232-1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və zərərçəkmiş şəxslə barışdığından onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar