Məhkəmə qərarları › İş №3(064)-274/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-274/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-274/2023 22.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli rayon RPŞ YPB YPX baş inspektoru polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1995-ci il tarixində Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon RPŞ YPB YPX baş inspektoru polis mayoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP №5498493 saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs 30 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində sürücülük hüququ olmadan “Chevrolet-Cruz” markalı, ** PG *** dövlət nömrə nişanlı avtomobili idarə edib Füzuli rayonu, Böyük Bəhmənli kəndinin ərazisindəki kənd arası yoldan asfalt yola doğru hərəkət etmiş, yol ayrıcına daxil olma qaydalarına əməl etməyərək bir başa asfalt yola daxil olaraq idarə etdiyi avtomobilin qabaq hissəsi ilə asfalt yolda hərəkət olan və X2 idarə etdiyi “Mercedes” markalı, ** CT *** dövlət nömrə nişanlı avtomobilin sağ qabaq hissəsi ilə toqquşmuş, nəticədə X2 “Mercedes” markalı, ** CT *** dövlət nömrə nişanlı avtomobilinə 3.502 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında: Füzuli rayon RPŞ YPB YPX baş inspektoru polis mayoru X3 bildirdi ki, o, qeyd olunan inzibati xəta haqqında protokolu Füzuli RPŞ İB-nin rəisi X4 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən tərtib etmişdir. Belə ki, Şəxs 30 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində sürücülük hüququ olmadan “Chevrolet-Cruz” markalı, ** PG *** dövlət nömrə nişanlı avtomobili idarə edib Füzuli rayonu, Böyük Bəhmənli kəndinin ərazisindəki kənd arası yoldan asfalt yola doğru hərəkət etmiş, yol ayrıcına daxil olma qaydalarına əməl etməyərək bir başa asfalt yola daxil olaraq idarə etdiyi avtomobilin qabaq hissəsi ilə asfalt yolda hərəkət olan və X2 idarə etdiyi “Mercedes” markalı, ** CT *** dövlət nömrə nişanlı avtomobilin sağ qabaq hissəsi ilə toqquşmuş, nəticədə həmin avtomobilə 3.502 manat məbləğində maddi ziyan vurmuşdur. Ona görə də, Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Hazırda zərərçəkmiş şəxs şikayətçi deyil. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək bildirdi ki, 30 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində sürücülük hüququ olmadan “Chevrolet-Cruz” markalı, ** PG *** dövlət nömrə nişanlı avtomobili idarə edib Füzuli rayonu, Böyük Bəhmənli kəndinin ərazisindəki kənd arası yoldan asfalt yola doğru hərəkət etmiş, yol ayrıcına daxil olma qaydalarına əməl etməyərək bir başa asfalt yola daxil olaraq idarə etdiyi avtomobilin qabaq hissəsi ilə asfalt yolda hərəkət olan “Mercedes” markalı, ** CT *** dövlət nömrə nişanlı avtomobilin sağ qabaq hissəsi ilə toqquşmuşdur. Nəticədə həmin avtomobilə 3.502 manat məbləğində maddi ziyan vurmuşdur. Hazırda zərərçəkmiş şəxs şikayətçi deyil. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. İlk dəfə inzibati xəta törətməsi və etdiyi əməlindən peşmançılıq çəkməsi, eləcə də zərəməkmiş şəxsin şikayətinin olmaması onun inzibati məsuliyyətini yüngülləşdirən hallardır. Azərbaycan Respublikası İXM-in: 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30-34, 106- 115 və 332.4-cü maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar