Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-28/2023 23.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs1 və vəkili Vəkil iştirakları ilə, xx.xx.1977-ci il tarixində Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli şəhəri, 20-ci Qurultay küçəsi, ev 17-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 2, bina 2, mənzil 32-də yaşayan Şəxs1 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə müəyyən edilmişdir ki,Füzuli Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(064)-1308/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs1 tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə 8.500 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır.Füzuli Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(064)-1121/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs1 tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə 15.000 manat pul tutulmalıdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(006)-2399/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11.000 manat, xx.xx.2019-cu il tarixli qəbzi üzrə 4.000 manat, xx.xx.2020-ci il tarixli GİF seriyalı 989615 nömrəli kassa mədaxil orderinin qəbzi üzrə 1.000 manat, ümumilikdə 16.000 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs6 qızma ödənilməlidir.Bundan başqa Füzuli Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(064)-1317/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs1 14.000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat tələbkar Zərərçəkmiş şəxs4 xeyrinə tutulmalıdır. Həmçinin Füzuli Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(064)-1837/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs1 tələbkarın ona ödədiyi 54.000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs3 verilməlidir.Bundan başqa Bakı şəhəri 14 saylı notariat kontorunun 21 oktyabr 2020-ci il tarixli 8İ-2309 nömrəli icra qeydinə əsasən borclu Şəxs1 tələbkar Zərərçəkmiş şəxs5 xeyrinə cəmi 15020 manat pul tutulmalıdır. Həmçinin Bakı Apelyasiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(103)-4899/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs1 tələbkar Zərərçəkmiş şəxs5 xeyrinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.5-ci maddəsinə əsasən 1675 manat tutulmalıdır. İcra vərəqələri üzrə müvafiq qaydada icraata başlanılmış, icra vərəqələri 09 yanvar 2023-cü il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir.Borclu Şəxs1 7 icra vərəqələri üzrə tələbkarlara olan borcu ümumilikdə 124.255 manat təşkil edir.Borclu Şəxs1 yeri məlum olmadığından Bakı şəhər Binəqədi rayon İcra Şöbəsi tərəfindən onun axtarılması haqqında 20 iyun 2022-ci il tarixli qərar verilmiş və Polis Şöbəsində 12 iyul 2022-ci il tarixdə 760105 nömrəli axtarış işi açılmışdır. Borlu Şəxs1 barəsində olan bütün icra sənədləri Füzuli rayon İcra və Probasiya Şöbəsinə göndərildiyindən, onun tapılaraq Füzuli rayon İcra və Probasiya Şöbəsinə verilməsi barədə məktubla Füzuli rayon Polis Şöbəsinə müraciət olunmuşdur. Borclu Şəxs1 23 yanvar 2023-cü il tarixdə Füzuli rayon Polis Şöbəsi tərəfindən tapılaraq Füzuli rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş, ondan alınmış izahatda qeyd olunan icra vərəqələri üzrə hazırda cəmi 5.000 manat pulu tələbkarların xeyrinə ödəyə biləcəyini göstərmişdir. Bu səbəbdən də, məhkəmə qətnamələrinə əsasən yaranmış pul borclarını tam ödətdirmək mümkün olmamış, borcların ödənilməməsi tələbkarların şikayət etməsinə səbəb olmuşdur. Ona görə də, Şəxs1 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyev bildirdi ki, borclu Şəxs1 tərəfindən məhkəmənin icra sənədi icra olunmamışdır. Belə ki, borclu Şəxs1 7 icra sənədi üzrə borcu hazırda cəmi 124.255 manat təşkil edir. Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borclu onun tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs1 əməlində AR İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. H.Atakişiyev həmçinin bildirdi ki, hazırda icra sənədi üzrə tələbkarlar şikayətçidirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs1 bildirdi ki, məhkəmə qərarları üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü olaraq icra edilməsi barədə xəbərdarlıq bildirişlərini almışdır. Bu günədək icra sənədi üzrə borcundan qismən ödəniş edə bimişdir. Hazırda tələbkarlara olan borcundan cəmi 5.000 manat ödəyə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs1 vəkili Vəkil bildirdi ki, icra sənədi üzrə borclunun əməllərindıə qərəzlilik müşahidə edilmir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs1 adına hər hansı daşınar və ya daşınmaz əmlaklar, eləcə də gəlir və sair qazanclar aşkar olunmamışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs1 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, borclu Şəxs1 həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1 haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlara baxmayaraq borclu Şəxs1 icra sənədləri üzrə yığılmış cəmi 124.255 manat məbləğində borcundan tam ödəniş aparmadığına görə hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, Şəxs1 barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, ödənilməmiş borcun məbləğini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, tələbkarların şikayətçi olmalarını və işin digər hallarını nəzərə alaraq icra sənədi üzrə borclu Şəxs1 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh növünün tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: İcra sənədi üzrə borclu Şəxs1 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 23 yanvar 2023-cü il tarixindən saat 16:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli rayon PŞ-yə və Beyləqan rayon PŞ MSY-ə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-28/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-28/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver