Məhkəmə qərarları › İş №3(064)-282/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-282/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-282/2023 23.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci, 342.5-ci, 333.1-ci və 342.2.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işlərə baxaraq, m ü ə y y ə n e t d i m: xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 18 radələrində narkotik vasitənin təsri altında polis əməkdaşları ilə mübahisə edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. xx.xx.2023-cü il tarixli İXP № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 21:50 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci, 333.1-ci və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inizbati əməlləri törətmişdir. Hər iki iş baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirərək hesab edir ki, iş aidiyyəti üzrə düzgün göndərilmişdir. İnzibati xəta haqqında protokollar və işin digər materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. İnzibati xəta haqqında işin baxılması hakimin səlahiyyətinə aid olmaqla, işin baxılmasını istisna edən və işin icraatını rədd edən hallar yoxdur. İşin mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmış, vəsatətlər və etirazlar daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin İXM-də iki və ya daha çox şəxsin inzibati xətanı birlikdə törətmələri haqqında işlərin bir icraatda birləşdirilməsi halı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, «……inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin….» Odur ki, məhkəmə hazırki iş üzrə AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını və həmin qərarda ifadə olunmuş hüquqi mövqeyini rəhbər tutaraq cinayət təqibi üzrə icraatın birləşdirilməsindən bəhs edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş müddəalarına isnad edilməsini qanunamüvafiq hesab edir. Belə ki, CPM-in 49.1-ci maddəsinə görə, yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Odur ki, məhkəmə hesab edir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılmasına nail olmaq məqsədi ilə hər iki şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işlər bir icraatda birləşdirilərək baxılmalıdır. Beləliklə də, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106 və 109-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci, 342.5-ci, 333.1-ci və 342.2.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işlər məhkəmənin icraatına qəbul edilsin.

2. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci, 342.5-ci, 333.1-ci və 342.2.2-ci maddələri ilə başlanmış 3(064)-281/2023 və 3(064)- 282/2023 saylı işlər bir icraatda birləşdirilərək baxılsın və işin 3(064)-281/2023 nömrəsi saxlanılsın.

3. İnzibati xəta haqqında işə baxılması xx.xx.2023-cü il tarixinə saat 12:50-yə məhkəmənin binasına təyin edilsin.

4. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının məhkəmə baxışında iştirak etmələri üçün tədbirlər görülsün.

Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar