Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-297/2023 21.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Füzuli rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə Füzuli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Füzuli rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 26 may 2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi “VAZ 21074” markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobil ilə Şuşa-Əhmədbəyli avtomobil yolunda hərəkətdə olarkən əks istiqamətli hərəkət istiqamətinə çıxıb qarşısındakı avtomobilləri ötmə etmiş, öz yoluna geri qayıda bilməyərək idarə etdiyi avtomobilin ön sol hissəsi ilə əks istiqamətdən gələn X1 idarə etdiyi “VAZ 21063" markalı, ** CN *** dövlət nömrə nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşmuş, toqquşma nəticəsində Şəxs idarə etdiyi avtomobilin arxa hissəsi dövr edərək yol ortasında yola perpendikulyar vəziyyətdə toqquşma yeri istiqamətində dayanmış, Cavan Hətəmlinin idarə etdiyi avtomobilin isə arxa hissəsi dövr edərək öz hərəkət hissəsində yolı sağ tərəfində olan boşluğa düşmüş, nəticədə Cavan Hətəmli sağ və sol diz oyna nahiyələrindən yüngül bədən xəsarətləri almış, həmçinin baş vermiş hadisə nəticəsində Cavan Hətəmlinin idarə etdiyi “VAZ 21063” markalı, ** CN *** dövlət nömrə nişanlı avtomobi maddi ziyan dəymişdir. Füzuli RPŞ TB-nin təhqiqatçısı T.Əliyev tərəfindən sürücü Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş və xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbirlər görülməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək inzibati qaydada cərimələnməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddasinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İXM-in 32.1.1 və 32.2-ci maddələrinə əsasən, onun ilk dəfə inzibati xəta törətməsini inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hal yoxdur. Lakin bununla yanaşı, iş materialları ilə müəyyən edilri ki, Şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməmiş və ya aradan qaldırılmasını təmin etməmişdir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, törədilmiş xətanın xarakterini, onun şəxsiyyətini, davranışını, eləcə də vurulmuş ziyanın ödənilməməsini və sair diqqətəlayiq halları nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 357, 360, 362-365, 371, 425-427, 430-432-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs oğu Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılsın. Zərərçəkmiş şəxsə ona vurulmuş ziyanın ödənilməsi tələbi ilə mülki məhkəmə icraatı qaydasına məhkəmədə iddia qaldırması izah edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-297/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-297/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver