Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-297/2025 02.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Füzuli Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin (bundan sonra – Füzuli RPŞ YPX) inspektoru, polis baş serjantı X1 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Bəhmənli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli RPŞ YPX-nin polis serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:30-da “VAZ 21013 minik” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə etməklə idarə etmişdir. Buna görə də Füzuli RPŞ-nin YPX-nin inspektoru, polis serjantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-cİ maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin YPX-nin inspektoru, polis serjantı X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09:30-da “VAZ 21013 minik” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili Kərimbəyli kəndinin ərazisində yolda ötmə əməliyatı apararkən YPX əməkdaşları ona saxla işarəsi verdikdən sonra o, avtomobili saxlamış və ondan avtomobilin sənədlərini təqdim etməsini istəmişlər. O, sənədləri təqdim edən zaman polis əməkdaşları onun spirtli içki qəbul etdiyini aşkar edərək onu sərxoşluq testindən keçirmişlər. O özü də sərxoş vəziyyətdə olduğunu polis əməkdaşlarına etiraf etmişdir. Həmçinin bildirmişdir ki, onun vəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi də yoxdur. O, inzibati xətanı törətdiyini etiraf edərək əməlindən səmimi peşman olduğunu bildirmiş və barəsində cərimə cəzasının tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:30-da “VAZ 21013 minik” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini alkoqoldan istifadə etməklə idarə etmişdir. - Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs xüsusi cihazla müayinə zamanı onun alkoqollu içki qəbul etməsi, qanda alkoqolun konsentrasiyasının 0,381 promilli olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sərxoşluğun müəyyən edilməsi haqqında protokoldan və digər sənədlərlə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs inzibati xətanı törətməsini etiraf etməsini, səmimi peşmanlığını onun Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə səmimi peşman olmasından ibarət məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 5 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 31-33, 106-115ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 5 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbs edilməsinin əvvəli 02 may 2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(064)-297/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-297/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver