Məhkəmə qərarları › İş №3(064)-298/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-298/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-298/2025 05.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Şöbənin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə onun barəsində Füzuli rayon 2 saylı orta orta məktəbin direktoru olaraq vəzifəli şəxs qismində 700 manat məbləğində cərimə tətbiq edilib, lakin o, hesab edir ki, sözügedən qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, Şikayətçi bildirir ki, o, sadəcə orta məktəbin direktorudur və maliyyə işləri onun səlahiyyəti daxilində deyil. Məktəb əməkdaşlarının əmək haqları və digər maliyyə təminatı regional təhlil idarələrinin maliyyə şöbələri tərəfindən ödənilir. Belə olan halda, o, hesab edir ki, AR İXM-nin 192.4-cü maddəsinin subyekti o deyil, regional təhsil idarələrinin maliyyə şöbələridir. Bununla yanaşı, o, Şöbənin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarına əsasən İXM-nin 192.6-cı maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimə edilmiş, həmin cərimə icraya yönəldilmiş və hazırda əmək haqqından 50% olmaqla tutulur. İXM-nin 192.4-cü maddəsi 192.6-cı maddəsi ilə əhatə olunduğundan hesab edir ki, onun əlavə olaraq 192.4cü maddəsi ilə haqsız şəkildə inzibati cərimə edilməyi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, əgər əməldə həm İXM-nin 192.4-cü, həm də 192.6-cı maddəsi varsa, yekunda şəxs yalnız 192.6-cı maddə ilə inzibati qaydada cərimə edilir. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən müəyyən edilir ki, X5 direktoru olduğu Füzuli rayon 2 nömrəli tam orta məktəbin işçisi X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövr üçün əmək haqqısı qanunvericiliyə uyğun olaraq ödənilməmiş, nəticədə, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, həmin inzbati xətanı törətdiyinə görə X7 barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarına əsasən müəyyən edilir ki, Füzuli rayon 2 nömrəli tam orta məktəbin direktoru X7 işçisi X6 ərizəsi olmadan əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbini pozaraq xitam vermiş, nəticədə, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, həmin inzbati xətanı törətdiyinə görə X7 barəsində 1500 manat məbləğində inzibati cərimə təyin edilmişdir AR ETN MÜTDA Qarabağ Regional Təhsil İdarəsi və Füzuli və Xocavənd Rayonları üzrə Təhsil Sektoru tərəfindən Şöbəyə ünvanlanmış məlumatlar əsasında müəyyən olunur ki, Füzuli rayon 2 nömrəli tam orta ümumitəhsil məktəbinin ibtidai sinif müəllimi X1 prosesindən uğurlu nəticə əldə etmədiyindən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmiş, vətəndaş sonrakı prosesdə sosial vəziyyəti ilə əlaqədar Füzuli rayon 2 nömrəli tam orta məktəbində alternativ işlə təmin olunmaqla bağlı müraciət etmiş, QRTİnin xx.xx.2024-cü il tarixli, 38(1)-1281 nömrəli məktubuna əsasən X4 rayon 2 nömrəli tam orta məktəbinə 0.5 ştat gözətçi təyin edilmiş, lakin sözügedən məktəb üçün gözətçi ştatı nəzərdə tutulmadığından X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək adında əmək müqaviləsi olmasına baxmayaraq 1C proqram təminatı gözətçi ştatını qəbul etməmiş və nəticədə, X9 ilə əmək müqaviləsi bağlansa da, işçilərin davamiyyət jurnalına və aylıq əmək haqqı cədvəlinə adı daxil edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 56.1-ci maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 56.2-ci maddəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haq qında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkəmə Şöbənin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı, digər iş materialları və tərəflərin məhkəmə iclasında verdiyi izahatlar əsasında müəyyən edir ki, X5 direktoru olduğu Füzuli rayon 2 nömrəli tam orta məktəbin işçisi X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövr üçün əmək haqqısı qanunvericiliyə uyğun olaraq ödənilməmişdir. Belə ki, Füzuli rayon 2 nömrəli tam orta ümumitəhsil məktəbinin ibtidai sinif müəllimi X1 prosesindən uğurlu nəticə əldə etmədiyindən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmiş, vətəndaş sonrakı prosesdə sosial vəziyyəti ilə əlaqədar Füzuli rayon 2 nömrəli tam orta məktəbində alternativ işlə təmin olunmaqla bağlı müraciət etmiş, QRTİ-nin xx.xx.2024-cü il tarixli, 38(1)-1281 nömrəli məktubuna əsasən X4 rayon 2 nömrəli tam orta məktəbinə 0.5 ştat gözətçi təyin edilmiş, lakin sözügedən məktəb üçün gözətçi ştatı nəzərdə tutulmadığından X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək adında əmək müqaviləsi olmasına baxmayaraq 1C proqram təminatı gözətçi ştatını qəbul etməmiş və nəticədə, X9 ilə əmək müqaviləsi bağlansa da, işçilərin davamiyyət jurnalına və aylıq əmək haqqı cədvəlinə adı daxil edilməmişdir. Nəticədə, Məhkəmə hesab edir ki, vəzifəli şəxs - Füzuli rayon 2 nömrəli tam orta məktəbin direktoru X7 işçinin əmək haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilmiş və bununla da AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Qarabağ regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X5 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qarabağ Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar