Məhkəmə qərarları › İş №3(064)-3/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-3/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-3/2023 05.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, həmin ünvanda qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə Füzuli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Füzuli rayon X3 Samir Bakir oğlu barəsində Azərbaycan Respublikası İXM-in 327.8ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 26 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində Hacıqabul-Mincivan avtomobil yolunun 145-km-nin Araz Dilağarda kəndinin ərazisindən keçən hissəsində üzü Mincivan istiqamətinə Şəxs idarə etdiyi Mercedes-Benz E230 markalı, ** OT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi qarşı hərəkət zolağına çıxb ötmə əməliyyatını həyata keçirərkən həmin istiqamətdə orta qırıqqırıq xəttdən Araz Dilağardı kəndinə dönmə əməliyyatın həyata keçirən X1 idarə etdiyi Vaz-21011 markalı, ** BO *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə hər iki nəqliyyat vasitəsi yolun solunda olan səkinin keçib boş sahədə əzilmiş vəziyyətdə dayanmışlar Baş vermiş hadisə ilə əlaqədar olaraq Vaz-21011 markalı, ** BO *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 alınmış olduğu xəsarətlərə görə rayon xəstəxanasına yerləşdirilmişdir. Füzuli RPŞ İB-nin müstəntiqi Nicat Əhmədzadə tərəfindən sürücü Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş və xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbirlər görülməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək bildirdi ki, 26 noyabr 2022-ci il tarixdə, saat 11 radələri olardı etibarnəmə ilə ona məxsus olan Mercedes E280- markalı, ** OT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Beyləqan rayonu Daşburan ərazisindən avtomobilə aid ehtiyyat hissələrini alıb üzü Füzuli rayonu Əhmədli bəyi istiqamətinə doğru hərəkət edirmiş, həmin vaxt avtomobildə ondan başqa qonşusu Abdurrəhim olmuş və sonuncu avtomobilin qabaq sağ tərəfdə oturmuşdur. O, avtomobili 90-100 km/saat sürətlə hərəkət elətdirib ötməni həyata keçirmək istəyərkən təxminən ondan 4-5 metr məsafədən qarşısında hərəkətdə oldan Vaz-21011 markalı, avtomobilin dönmə siqnalı vurub vurmadığına fikir vermədən Vaz-21011 markalı avtomobilin üzü Əhmədbəylinin dörd yolu istiqamətinə sol tərəfə, yəni Araz-Dilağardı kəndinə dönmək istədiyini görmüş, ötmə etdiyi üçün tormuz sistemindən istifadə etsə də avtomobillərin toqquşmasının qarşısını ala bilməmişdir. Onun idarə etdiyi Mercedes-Benz markalı, ** OT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Vaz-21011 markalı avtomobilin orta hissəsindən vurmuş səkini keçib yolun sol hissəsində olan boş sahəsinə düşmüşlər. Onun idarə etdiyi avtomobil yolun solunda yerləşən səkinin üstünə çıxıb dayanmışdır. Toqquşmadan heç bir xəsarət almamış, tibbi ekspertizadan keçməyə ehtiyacı olmadığını bildirmişdir. Həmçinin avtomobildə olan Abdurrəhmanın alın hissəsi avtomobilin alın şüşəsinə dəymiş lakin heç bir xəsarət almamış,özünü yaxşı hiss etmişdir. O, avtomobilini sürücülük vəsiqəsi əsasında idarə etdiyini və spirtli içki qəbul etmədiyini bildirmişdir. Digər avtomobilə vurulmuş maddi ziyan onun tərəfindən ödənilmiş və o, hərəkətlərindən peşmançılıq hissləri keçirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddasinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İXM-in 32.1.1 və 32.2-ci maddələrinə əsasən, onun ilk dəfə inzibati xəta törətməsini, səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, törədilmiş xətanın xarakterini, onun şəxsiyyətini, davranışını və məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 357, 360, 362-365, 371, 425-427, 430-432-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs oğu Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar