Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-3/2024 20.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli RPŞ YPX-nin polis mayoru X1 tərəfindən tərtib edilmiş 09 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 02 dekabr 2023-cü il tarixdə saat 07:10 radələrində özünə məxsus olmuş 3 baş iribuynuzlu mal-qaranı yaşadığı Füzuli rayonu, Kürdmahmudlu kəndinin ərazisində yerləşən otlaq sahəsinə aparmaq məqsədilə Əhmədbəyli-Şuşa avtomobil yolunun Füzuli rayonunun Yuxarı Kürdmahmudlu və Aşağı Alıxanlı kəndlərinin kəsişdiyi ərazidən keçən hissəsində “Mal-qara keçidi”ni nəzərdə tutan 1.24 yol nişanının olmadığı halda, yolun sol tərəfindən sağ tərəfinə keçirməsi həmin anda yolun Şuşa istiqamətindəki sağ hərəkət zolağında Zərərçəkmiş şəxs özünə məxsus, idarə etdiyi “Hyundai-Sonata” markalı, **-DR- *** dövlət qeydiyyat nişanlı avtomobilin həmin ev heyvanlarına dəyməsi, bununla əlaqədar həmin avtomobildə müxtəlif zədələrin yaranması, beləliklə də zərərçəkmiş şəxs olan sonuncuya maddi zərərin vurulması ilə nəticələnmişdir. Buna görə də Füzuli RPŞ YPX-nin polis mayoru X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 09 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 3(064)3/2024 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 3(106)57/2024 nömrəli qərarı ilə barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi şikayət təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 3(064)3/2024 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Füzuli Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, 02 dekabr 2023-cü il tarixdə saat 07:10 radələrində, yəni havanın qaranlıq olduğu vaxtda özünə məxsus olan “Hyundai-Sonata” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili Əhmədbəyli-Şuşa avtomobil yolunun Füzuli rayonunun Yuxarı Kürdmahmudlu və Aşağı Alxanlı kəndlərinin kəsişdiyi ərazidən keçən hissəsində təxminən 60 km/s. sürətlə idarə edərkən qəflətən yolun sol tərəfindəki ağacların arasından üç baş iribuynuzlu mal-qaranın hürküdülmüş vəziyyətdə, qaça-qaça yolun Şuşa istiqamətindəki sağ hərəkət zolağına çıxdıqlarını gördüyünə görə dərhal əyləci basmış, bununla avtomobili həmin heyvanlardan qaçırmaq istəmişdir. Buna baxmayaraq, ondan asılı olmayan səbəbdən idarə etdiyi avtomobil həmin heyvanlara dəymişdir. Bundan dərhal sonra avtomobili yolun kənarında saxlayıb avtomobildən düşmüş, bu anda Şəxs (bundan sonra - Məfiyəddin) atın üzərində yolun sol tərəfindəki ağacların arasından çıxıb ona tərəf gəlmişdir. Avtomobilinin dəydiyi heyvanlardan biri aldığı xəsarətdən hadisə yerində dərhal ölmüş, digər ikisi isə yüngül xəsarət alsalar da, yolun digər hissəsində yerləşən, Məfiyəddinə məxsus otlaq sahəsinə keçib orada otlamağa başlamışlar. Hadisə zamanı onun avtomobilinin zədələnməsi nəticəsində ona cəmi 7083 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə yerində “Mal-qara keçidi”ni nəzərdə tutan yol nişanı olmadığına, həmin nişan hadisə yerindən 2 km., Məfiyəddinin yaşadığı evdən isə təxminən 50-60 metr məsafə arxada yerləşdiyinə görə iş üzrə hadisənin onun deyil, Məfiyəddinin təqsirindən baş verdiyini hesab edir. Göstərdiklərinə əsasən iş üzrə Məfiyəddinin inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, hadisə zamanı həmin heyvanların sol tərəfdən yola daxil olduqları andan vurulmalarına kimi təxminən 4-5 saniyə vaxt keçmişdir. Hadisə vaxtı idarə etdiyi avtomobildə sərnişin və yük olmamışdır. Hadisə vaxtı hava şehli olmuş, bu səbəbdən yağış yağmasa da, asfaltın üzəri yaş və sürüşkən olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 02 dekabr 2023-cü il tarixdə saat 07:10 radələrində o, atın belində olanda Əhmədbəyli-Şuşa avtomobil yolunun Füzuli rayonunun Yuxarı Kürdmahmudlu və Aşağı Alxanlı kəndlərinin kəsişdiyi ərazidən keçən hissəsində hərəkət edən avtomobilin olmamasına əmin olduqdan sonra yolun sol tərəfindəki ağacların arasından özünə məxsus olan dörd baş iribuynuzlu mal-qaranı yolun sağ tərəfindəki otlaq sahəsində otarmaq məqsədilə qaçaraq vəziyyətdə yolun sağ tərəfinə doğru ötürmüşdür. Həmin ərəfədə Zərərçəkmiş şəxs təxminən 140-150 km/s. sürətlə idarə etdiyi “Hyundai- Sonata” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun üç baş inəklərini vurmasını görmüşdür. Nəticədə inəklərindən biri hadisə yerində dərhal, ikisi isə hadisənin baş verdiyi gün hadisədən bir neçə saat sonra ölmüşlər. Hadisə yerində “Mal-qara keçidi”ni nəzərdə tutan yol nişanı olmamış, həmin nişan hadisə yerindən 400-500 metr, özünün yaşadığı evdən isə təxminən 50-60 metr məsafə arxada yerləşir. Buna baxmayaraq, iş üzrə hadisənin onun deyil, sürücü olmuş Zərərçəkmiş şəxs təqsirindən baş verdiyini hesab edir. Bu fikrini sonuncunun hadisə vaxtı avtomobilini yüksək sürətlə idarə etməsi ilə izah edir. İş materiallarında olan “SƏRXAN” avtomotoservis tərəfindən tərtib edilmiş 05 dekabr 2023-ci il tarixli, SA 124 nömrəli ziyan aktında iş üzrə hadisənin baş verməsi nəticəsində sonuncuya dəymiş maddi zərərin məbləğinin cəmi 7083 manat deyil, daha az olduğunu hesab edir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, hadisə zamanı həmin heyvanların sol tərəfdən yola daxil olduqları andan vurulmalarına kimi təxminən 4-5 saniyə vaxt keçmiş, yağış yağmamış, hava şehli olmamış, bu səbəbdən asfaltın üzəri quru olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş, iş materiallarında olan: - 02 dekabr 2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsinin sxemi”nə əsasən müəyyən edilmişdir ki, iş üzrə yol-nəqliyyat hadisəsi 02 dekabr 2023-cü il tarixdə saat 07:10-da Füzuli rayonunun Yuxarı Kürdmahmudlu və Aşağı Alxanlı kəndlərinin kəsişdiyi ərazidən keçən hissəsində baş vermiş, həmin vaxt orada “Mal-qara keçidi”ni nəzərdə tutan yol nişanı olmamışdır (səh. 18). - “SƏRXAN” avtomotoservis tərəfindən tərtib edilmiş 05 dekabr 2023-ci il tarixli, SA 124 nömrəli ziyan aktında iş üzrə hadisənin baş verməsi, “Hyundai-Sonata” markalı, **- DR-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi zərərin cəmi 7083 manat məbləğində olduğu göstərilmişdir (səh. 7). - 03 dekabr 2023-cü il tarixli aktda iş üzrə hadisənin baş verməsi nəticəsində Şəxs məxsus 1 baş boğaz inəyin hadisə yerində, digər iki baş boğaz inəyin isə hadisədən sonra, lakin hadisənin baş verdiyi 02 dekabr 2023-cü il tarixdə axşam saatlarında öldüyü göstərilmişdir (səh. 19). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.33-cü maddəsinə əsasən mal-qara ötürən qismində iştirak edən şəxs yol hərəkəti iştirakçısı hesab edilir. - 1.38-ci maddəsinə əsasən mal-qara ötürən mal-qaranı, yük və ya minik heyvanlarını yoldan keçirən şəxsdir - 11.İV-cü maddəsinə əsasən avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi qadağandır. - 39-cu maddəsinə (mal-qara ötürənlərin vəzifələri) əsasən mal-qara ötürənlər: 1) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; 2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər; 3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. Azərbaycan Respublikası İXM-in: - 338.5.1-ci maddəsinə əsasən mal-qara ötürən tərəfindən mal-qaranın yolda nəzarətsiz qoyulmasından ibarət yol hərəkəti qaydalarının pozulmasına görə qırx manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilir. - 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, yuxarıda göstərilən qanunvericilik normalarına, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 11.İV və 39-cu maddələrində nəzərdə tutulmuş tələbləri pozmaqla məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi izahatı, xüsusilə də həmin izahatında hadisə yerində “Mal-qara keçidi”ni nəzərdə tutan 1.24 yol nişanının olmaması və həmin nişanın hadisə yerindən xeyli aralıda yerləşən onun yaşadığı evin yaxınlığında olduğu halda, 02 dekabr 2023-cü il tarixdə saat 07:10 radələrində atın belində olanda Əhmədbəyli-Şuşa avtomobil yolunun Füzuli rayonunun Yuxarı Kürdmahmudlu və Aşağı Alxanlı kəndlərinin kəsişdiyi ərazidən keçən hissəsində yolun sol tərəfindəki ağacların arasından özünə məxsus olmuş dörd baş iribuynuzlu mal-qaranı yolun sağ tərəfindəki otlaq sahəsində otarmaq məqsədilə qaçaraq vəziyyətdə yolun sağ tərəfinə doğru ötürməsini etiraf etməsi, Zərərçəkmiş şəxs verdiyi izahatı, məhkəmə iclasında elan edilərək tədqiq edildiyi yuxarıda göstərilmiş sənədlərlə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə Şəxs törətdiyi inzibati xətanın xarakteri, təqsirinin dərəcəsi, şəxsiyyəti və əmlak vəziyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə, həmçinin qeyd edir ki, iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 3(106)-57/2024 nömrəli qərarında işə birinci instansiya məhkəməsində baxılarkən sürücü Zərərçəkmiş şəxs baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanın olub-olmamasının araşdırılmadığı, bununla bağlı məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının təyin edilmədiyi, sonuncunun hərəkətlərində baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı müvafiq inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasının yoxlanılmadığı göstərildiyinə görə Füzuli Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 3(064)3/2024 nömrəli qərarı ilə iş üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilərək ekspert qarşısında apelyasiya instansiyası məhkəməsinin qərarında göstərilmiş istiqamətdə suallar qoyulmuşdur. Azərbaycan Respublikası İXM-in 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 01 iyul 2024-cü il tarixli, 8/1682 nömrəli rəyində “Hyundai-Sonata” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qaşısını almağa texniki imkanının olması göstərildiyinə görə iş materiallarında olan müvafiq sənədlərin surətləri Zərərçəkmiş şəxs əməlində hər hansı inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün Füzuli Rayon Prokurorluğuna göndərilməli və həmin rəy üzrə ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfini təşkil edən 85 (səksən beş) manat məbləğində pul Zərərçəkmiş şəxs tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmə iş materiallarında Şəxs təqsirliliyi ilə bağlı mövcud olan sübutlara, həmçinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 01 iyul 2024-cü il tarixli, 8/1682 nömrəli rəyinə əsasən iş üzrə baş vermiş hadisənin sonuncu və Zərərçəkmiş şəxs qarşılıqlı təqsirindən baş verməsini, eləcə də sonuncuya vurulmuş maddi ziyanın məbləğinin Şəxs tərəfindən mübahisələndirilməsini nəzərə alaraq, Zərərçəkmiş şəxs əmlakına vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi məsələsinin hazırki icraatda deyil, mülki icraat qaydasında həll edilməsini məqsədəmüvafiq hesab edir. Buna görə də sonuncuya Şəxs törətdiyi inzibati xəta nəticəsində vurulmuş maddi ziyana görə mülki icraat qaydasında sonuncuya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş materiallarında olan müvafiq sənədlərin surətləri Zərərçəkmiş şəxs əməlində hər hansı inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün Füzuli Rayon Prokurorluğuna göndərilsin. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 01 iyul 2024-cü il tarixli, 8/1682 nömrəli rəyi üzrə ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfini təşkil edən 85 (səksən beş) manat məbləğində pul Zərərçəkmiş şəxs tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-3/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-3/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver