Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-30/2023 07.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, xx.xx.1984-cü ildə Füzuli rayonunun Qaraməmmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonunun Qaraməmmədli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə Bakı şəhər baş polis idarəsi Dövlət yol polis idarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı onun qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP5035719 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP4773503 saylı inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 60 manat məbləğində inzibati cərimə edilmiş, lakin bu günədək həmin cərimə məbləğini ödəməmişdir. Göründüyü kimi Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə almaqla, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü olan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasının tətbiqini məqsədəuyğun hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31, 61, 109, 529.3-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı:
1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 09 (doqquz) ay müddətinə məhdudlaşdırılsın.
2. Nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin əvvəli Şəxs sürücülük vəsiqəsinin alındığı gündən hesablansın.
3. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Yaşar Həşimov