Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-30/2024 12.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon PŞ-nin polis sahə rəisi polis mayoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə özünə məxsus ərzaq mağazasında satışı qadağan olunmuş pirotexniki vasitəni satmışdır. Buna görə də, onun barəsində Azərbaycan Respublikası İXM-in 442-ci maddəsinə əsasən inizbati protokol tərtib edilərək tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Füzuli rayon PŞ-nin rəisi Zaur Abbasovun xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın baxılması rayon məhkəməsinin səlahiyyətində olması əsasları ilə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara və Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinin tələbinə əsasən inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Füzuli rayon Polis şöbəsi tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli, 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş rayon məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti müəyyən edilməmişdir. Bu səlahiyyət yuxarıda qeyd olunan Fərmanla İqtisadiyyat Nazirliyinin vəzifəli şəxslərinə verilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən mövcud çatışmazlığın aradan qaldırılması qeyri-mümkündür. Bu səbəbdən də həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Füzuli rayon Polis şöbəsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 03 may 2019-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXMin 43.1, 43.3, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Füzuli rayon PŞ-yə geri qaytarılsın. Bu qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-30/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-30/2024
12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver