Məhkəmə qərarları › İş №3(064)-307/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-307/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-307/2023 31.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, ELİT-S MMC-nin barəsində Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Füzuli Rayon Polis Şöbəsidən daxıl olmuş xx.xx.2023-cü il tarixli, İXP5536725 saylı inzibati xəta haqqında protokoldan görünür ki, ELİT-S MMC mülkiyyətində olan MERCEDES BENZ AXOR 4140B yük markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomaşını inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Füzuli Rayon Polis Şöbəsinin sorğusuna sorğu olunduğu gündən 5 iş günü müddətində cavab verməmişdir. Hüquqi şəxs ELİT-S MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Füzuli Rayon Polis Şöbəsinə və ELİT-S MMC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İnzibati xəta haqqında iş üzrə icraat materialına əlavə olunmuş portalından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində ELİT-S MMC mülkiyyətində olan MERCEDES BENZ AXOR 4140B yük markalı, ** JS *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Füzuli Rayon Polis Şöbəsinin sorğusuna bu barədə sorğunu rəsmi qaydada aldığı gündən 5 iş günü müddətində verilməsi xahiş olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla inzibati xətanın törədilməsi tam sübuta yetir və törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq ELİT-S MMC-yə inzibati tənbeh tədbiri tətbiq edərkən xətanın xarakterinin nəzərə almaqla hesab edir ki, ona istinad edilən maddənin sanksiyasında müəyyən edilmiş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31, 61, 109, 347-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzabati xəta haqqında iş üzrə icraat aparılan şəxs ELİT-S MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar