Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-309/2024 30.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Atamoğlan oğlunun və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Atakişiyev Həkimi Famil oğlunun iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla, hazırda həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon İcra və Probasiya Şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(064)-932/2022 nömrəli icra sənədinin icrası ilə əlaqədar Füzuli RİP-nin böyük icra məmuru X1 qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Füzuli RİP-nin böyük icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİP-nin böyük icra məmuru X2 verdiyi izahatında bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 2(064)-932/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 2.131 manat pul tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. Bundan başqa Füzuli Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(064)- 1387/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1.600 manat dəyərində "Rks Blazer 50 XR" markalı və modelli motosikl mopedi naturada və ya bu mümkün olmadıqda dəyəri pulla, eləcə də icarə haqqına görə 390 manat və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 890 manat tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə tutulmalıdır. Hər iki icra vərəqəsi üzrə müvafiq qaydada icraata başlanılmış, icra vərəqələri 11 yanvar 2024cü il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. Borclu Şəxs icra vərəqələri üzrə pul borclarının ödənilməsi barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, qanuni tələbləri yerinə yetirməyərək Füzuli Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 2(064)- 932/2022 saylı icra vərəqəsi üzrə ödənilməmiş qalan cəmi 1231 manat məbləğində pul borcundan tələbkar əhəmmədov Hikmət Ramiz oğlunun xeyrinə və Füzuli Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(064)-1387/2023 saylı icra vərəqəsi üzrə cəmi 2490 manat pul borcundan tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə heç bir pul məbləği ödəməmişdir. İcra vərəqələrinin icrası ilə əlaqədar borclu Şəxs alınmış izahatda o, icra vərəqələri üzrə ödənilməmiş qalan pul borclarından tələbkarların xeyrinə heç bir pul məbləği ödəyə bilməyəcəyini göstərmişdir. Bu səbəbdən də, məhkəmə qətnamələrinə əsasən yaranmış pul borclarını ödətdirmək mümkün olmamış, qətnamələr icrasız qalmışdır. Bu isə tələbkarların haqlı narazılığına və şikayət etmələrinə səbəb olmuşdur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, hal-hazırda heç bir yerdə işləmir, həmçinin tələbin ödənilməsini təmin edəcək hər hansı əmlakı da yoxdur. Bu günədək borc məbləğini ödəməməsinə səbəb maddi imkansızlığı olmuşdur. Tələbkara olan borcundan hal-hazırda 1000 manatını ödəyə bilir və qalan məbləği isə maddi imkanları daxilində gecikdirmədən qaytaracağını bildirmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, borclu Şəxs Füzuli Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(064)-1387/2023 saylı icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs2 olan 2490 manat borcundan 1000 manat pul ödəmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, borclu Şəxs Füzuli Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 2(064)-932/2022 saylı icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs2 olan 2.131 manat borcundan 890 manat pul ödəmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş Şəxs təltif olunduğu “Vətən müharibəsi iştirakçısı” medalını və işdə iştirak edən şəxslərin izahatlarını nəzərə alaraq, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərin surətləri və işdə iştirak edən şəxslərin izahatlarından müəyyən olunur ki, borclu Füzuli Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(064)-1387/2023 nömrəli icra sənədi yetərli əmlak vəziyyətinin olmaması səbəbindən yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-309/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-309/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver